Məhkəmə qərarları › İş №2(019)-349/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-349/2021

19.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-349/2021 19.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Mollaşərif qızı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onun 18 noyabr 1985-ci ildə Balakən şəhərində doğulmuş oğlu - X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu -X1 xəstəliyi ilə əlaqədar Şəki rayonu Ruhi-Əsəb xəstəlikləri dispanserində müalicə aldığını, buna görə də oğlunu ekspertiza keçirilməsi üçün Gəncə şəhərinə aparmasının mümkün olmadığını göstərərək ərizənin baxılmamış saxlanmasını və sənədlərin özünə qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi Nümayəndə2 ərizənin baxılmamış saxlanmasına etiraz etmədiyini göstərdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, Ərizəçi ərizənin baxılmamış saxlanması barədə ərizə verməsini, maraqlı şəxsin işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı, ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Ərizəçi izah olunmalıdır ki, yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki iş baxılmamış saxlansın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ərizəçi izah olunur ki, yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar