Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-36/2021 18.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı Balakən rayonu Mahamalar kəndində yerləşən 0.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışla onun xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndində yerləşən 0.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh X1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı cavabdeh X3 ilə mübahisə ilə bağlı məhkəmədənkənar qaydada razılıq əldə edildiyini bildirib, məhkəməyə yazılı ərizə ilə müraciət edərək, cavabdeh X2 qarşı Balakən rayonu Mahamalar kəndində yerləşən 0.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsinin qaytarılmasını və həmin iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 İddiaçı ilə mübahisə ilə bağlı məhkəmədənkənar qaydada razılıq əldə edildiyini və hazırki işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyini bildirib, İddiaçı ona qarşı Balakən rayonu Mahamalar kəndində yerləşən 0.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsinin qaytarılması və həmin iddia ərizəsinin baxılmamış saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh X3 işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, İddiaçı cavabdeh X2 qarşı Balakən rayonu Mahamalar kəndində yerləşən 0.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, həmçinin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdeh X2 qarşı Balakən rayonu Mahamalar kəndində yerləşən 0.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-36/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-36/2021
18.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver