Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-401/2021 18.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi İbrahim oğlunun iştirakı ilə, Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X1 məxsus Balakən rayon Qullar kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1982- ci il tarixdə tərtib edilmiş 170 saylı saylı doğum haqqında akt qeydindəki ad qrafasında “İmran” təvəllüd qrafasında “xx.xx.1982ci il” qeydlərinin düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi İbrahim oğlu məhkəməyə yazılı ərizə ilə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsinin qaytarılmasını və həmin ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxudl məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə ərizənin qaytarılması barəsində ərizə verdiyindən, Maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını məhkəməyə hər hansı formada (yazılı və ya şifahi) müraciət etməklə tələb etmədiyindən, Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanmalı, ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalı, həmçinin ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlansın; ərizəyə əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-401/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-401/2021
18.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver