Məhkəmə qərarları › İş №2(019)-450/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-450/2021

07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-450/2021 07.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə birgə nikahlarından olan xx.xx.2007-ci ildə anadan olmuş X1 və xx.xx.2010-cu ildə anadan olmuş X2 baxılıb saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-ci ildə rəsmi nikah bağlamadan evlənmişdir. Cavabdeh ilə 2012-cu ilin sentyabr ayının 14-də nikahlarını Balakən rayon Qeydiyyat şöbəsində 184 sayla rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2007-ci ildə X4 və xx.xx.2010-cu ildə X5 adında iki uşaqları olmuşdur. Onlar ailə qurandan sonra bir müddət mehriban ər-arvad kimi yaşamışlar. Sonralar cavabdehlə aralarında ailə münasibətləri zəminində narazılıqları yaranmağa başlamışdır. Aralarında yaranan narazılıqlara səbəb xasiyyətlərinin uyğun gəlməməsi, birbirlərini başa düşməmələri olmuşdur. Cavabdehin yanında çox əziyyət çəkmişdir. Cavabdeh onu döymüş, hörmət etməmiş və təhqir etmişdir. Aralarında olan ailə münaqişələri kəskin xarakter almış və ailədə dözülməz hal yaranmışdır. Buna görə də o, 2019-ci ilin yanvar ayının 11-də uşaqlarla birlikdə evdən ayrılmışdır.Uşaqlar özünün himayəsində yaşayırlar. Cavabdeh uşaqların baxılıb-saxlanması ilə maraqlanmır.O, uşaqların tələbatını təkbaşına ödəməkdə çətinlik çəkdiyi üçün aliment tələbi ilə 2019-cu ildə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-493/2019 saylı ,xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat alimentin verilməsi qət edilmişdir. Bir müddət sonra cavabdehlə uşaqların xatirinə barışaraq aliment tələbindən imtina etmişdi. Sonralar yenidən aralarında ailə münasibətləri zəminində narazılıqlar yaranmağa başlamışdır. Buna görə də 2021-ci ilin yanvar ayında uşaqları ilə birlikdə yenidən ayrılaraq valideynlərinin evinə getmişdir. Gələcəkdə cavabdehlə ailə münasibətlərinin bərpa olunub yenidən birgə yaşamaları qeyri-mümkündür. Bu səbəblərdən, cavabdehlə ayrılmaq qərarına gəlmişdir. Uşaqlar hal- hazırda onunla birlikdə yaşayır. Cavabdeh uşaqların baxılması ilə demək olar ki, maraqlanmır, laqeydir. Buna görə də Cavabdeh ilə birgə nikahlarından olan uşaqların yetkinlik yaşına çatanadək baxılıb saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, 2006-cı ildə rəsmi nikah bağlamadan İddiaçı ilə evlənmiş, nikahlarını isə xx xxxxxxxx 2012-ci ildə rəsmiləşdirmişlər. İddiaçı ilə birgə nikahlarından 2007-ci ildə Sənan, 2010-cu ildə isə Səma adında iki uşaqları olmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədirlər. Onun iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. İmkanı olan miqdarda aliment ödəyəcəkdir. İddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid izahatında göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-493/2019 saylı ,xx.xx.2019-cu il tarixli icra sənədi onun icraatında olmuşdur. İcra sənədinə əsasən xx xxxxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh oğlundan xx xxxxxx 2007 ci il tarixdə anadan olmuş X1 və xx xxxx 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli idi.Cavabdeh bir müddət alimenti ödəmiş, sonra tələbkar borclu ilə barışdığını, birgə yaşadığını göstərərək aliment tələbindən imtina etdiyini bildirmişdir. Bu barədə tələbkar məhkəməyə ərizə ilə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 8(019)-54/2019 nömrəli, xx xxx 2019-cu il tarixli qərardadı ilə tələbkar İddiaçı qızının ərizəsi təmin edilmiş, tələbkar İddiaçı Cavabdeh aliment tələbindən imtinası qəbul edilmişdir. O,vaxtdan da aliment ödənişi dayanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 955923 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 04 fevral 2007-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X3 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 955922 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx xxxx 2010-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X3 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 770591 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx xxxxxxxx 2012-ci il tarixdə 184 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Sabirova soyadı verilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx xxx 2006-cı ildə rəsmi nikah bağlamadan evlənmiş, nikahlarını xx xxxxxxxx 2012-ci ildə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə X4 və xx.xx.2010-cu ildə X5 adında iki uşaqları olmuşdur. İddiaçının müraciəti əsasında Balakən Rayon Məhkəməsinin 2(019)-493/2019 saylı ,xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh xx xxxxxx 2007 ci il tarixdə anadan olmuş X1 və xx xxxx 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir.2019-cu ilin may ayında tələbkar İddiaçı qızı aliment tələbindən imtinası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 8(019)-54/2019 nömrəli, xx xxx 2019-cu il tarixli qərardadı ilə tələbkar İddiaçı ərizəsi təmin edilmiş, tələbkar İddiaçı Cavabdeh aliment tələbindən imtinası qəbul edilmişdir.Uşaqlar hazırda da analarının himayəsindədirlər.Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə yaşayışından olan uşaqların anasının yanında yaşamalarını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ərizənin verildiyi xx xxxx 2021-ci il tarixdən başlayaraq xx.xx.2007-ci ildə anadan olmuş X1 və xx.xx.2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli ) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxx 2021-ci il tarixdən başlayaraq xx.xx.2007-ci ildə anadan olmuş X1 və xx.xx.2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli ) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar