Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-461/2021 22.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və cavabdeh Əzizova Mərziyət Allahverdi qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd oğluna və Əzizova Mərziyət Allahverdi qızına qarşı torpağın qanunsuz zəbti ilə əlaqədar qanunvericiliyə uyğun olaraq qanuni tədbir görülməsi və torpaq icarə pulu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd oğluna və Əzizova Mərziyət Allahverdi qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, torpağın qanunsuz zəbti ilə əlaqədar qanunvericiliyə uyğun olaraq Cavabdeh1 barəsində qanuni tədbir görülməsi, 2010-cu ildən hazıradək istifadə etdiyi 1,33 ha torpaq sahəsinə görə 4 min manat icarə pulunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məkəmə iclasında iddiaçı İddiaçı məhkəməyə ərizə verərək cavabdehlər Balzalov Maqqaşərif Məhəmməd oğluna və Əzizova Mərziyət Allahverdi qızına qarşı torpağın qanunsuz zəbti ilə əlaqədar qanunvericiliyə uyğun olaraq qanuni tədbir görülməsi və torpaq icarə pulu tələbinə iddia ərizəsinin geri qaytarılmasını və həmin ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh2 Allahverdi qızı işə mahiyyəti üzrə baxılmasını və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş, həmçinin həmin cavabdehdən işin mahiyyəti üzrə həll olunmasını tələb etdiyi barədə məhkəməyə hər hansı müraciət daxil olmamışdır. Məhkəmə hazırki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd oğluna və Əzizova Mərziyət Allahverdi qızına qarşı torpağın qanunsuz zəbti ilə əlaqədar qanunvericiliyə uyğun olaraq qanuni tədbir görülməsi və torpaq icarə pulu tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, həmçinin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259- 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd oğluna və Əzizova Mərziyət Allahverdi qızına qarşı torpağın qanunsuz zəbti ilə əlaqədar qanunvericiliyə uyğun olaraq qanuni tədbir görülməsi və torpaq icarə pulu tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-461/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-461/2021
22.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver