Məhkəmə qərarları › İş №2(019)-545/2020

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-545/2020

30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-545/2020 30.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Doldolova Ramilə Kamil qızının katibliyi, ərizəçi Ərizəçi Ceerov oğlunun nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, Ərizəçi Ərizəçi Ceerov oğlunun mirasın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi Ceerov oğlu ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X1 və xx.xx.1996-cı il tarixdə vəfat etmiş Çerçiyev Ceerov Məhəmməd oğlundan miras qalmış əmlakın qəbulu üçün ötürülmüş müddətin bərpa ediliməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi Ceerov oğlunun nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanmasını və işdə olan sənədlərinin özünə qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 Ceerov qızı, Maraqlı şəxs2 Məhəmməd qızı, Çerçiyeva Reyhan Şaban qızı və Maraqlı şəxs4 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, ərizəçi Ərizəçi Ceerov oğlunun nümayəndəsi Nümayəndə ərizənin baxılmamış saxlanması barədə ərizə verməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı, ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Ərizəçi Ceerov oğlunun mirasın qəbulu üçün müddətin bərpa edilməsi tələbinə dair mülki iş baxılmamış saxlansın. Ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi Ərizəçi Ceerov oğluna izah olunur ki, yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar