Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-547/2021 19.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Ərizəçi Ramazan oğlunun Cavabdeh qarşı atalıq faktının müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi barədə məhkəməyə daxil olmuş ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: Ərizəçi Cavabdeh qızına qarşı, üçüçncü şəxslər Balakən rayon Notariat Ofisi və Balakən rayon Qeydiyyat Şöbəsi göstərilməklə, ərizə ilə məhkəməyə müraciət edərək, X1 onun atası olması, Cavabdeh adına verilmiş vərəsəlik hüququq haqqında şəhşadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktı xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddələrinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. İş materiallarından və hazırki ərizədən görünür ki, Ərizəçi X1 onun atası olmasının faktının müəyyən olunması barədə məhkəmənin xüsusi icraat qaydasında, yəni mübahisəsiz qaydada baxmalı olan məsələ ilə bağlı, cavabdeh Cavabdeh Ramazan qızının adına verilmiş vərəsəlik hüququq haqqında şəhşadətnamənin ləğv edilməsi tələbi ilə bağlı isə iddia icraatı qaydasında baxılmalı olan məsələ ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki qanuna görə xüsusi icraat qaydasında baxılmalı olan məsələ ilə bağlı ( o cümlədən hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi) ərizə ilə, iddia icraatı qaydasında cavabdehə qarşı irəli sürülən iddia tələbi ilə bağlı isə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmaloıdır. Lakin hazırki ərizədə ərizəçi həm hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması, həm də iddia icraatı qaydasında baxılmalı olan tələblə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdlir. Bundan başqa, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ilə bağlı işlərə hüquqa aid mübahisə olmadıqda xüsusi icraat qaydasında ayrıca baxılır. Hüquqa aid mübahisə olduqda hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması məhkəmə qaydasında baxıla bilməz. İş materiallarından isə görünür ki, tərəflər arasında hüquqa dair mübahisə vardır. Əgər hüquqa dair mübahisə yoxdursa, onda ərizəçi atalığın etiraf olunması faktının müəyyən edilməsi üçün xüsusi icraat qaydasında ayrıca məhkəməyə müraciət etmək hüququna malikdir. Digər tərəfdən, ərizəçi Cavabdeh adına verilmiş hansı tarixli və kimdən qalmış mirasla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini göstərməməklə iddia tələbini göstərməmiş, həmçinin özünün Cavabdeh adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinin qoyulması üçün subyektiv hüquqa malik olmasını təsdiq edən hər hansı sənədi iddia ərizəsinə əlavə etməmişdir. Bir daha nəzərə çatdırılır ki, ərizəçi hüquqa dair mübahisə olmadığı halında atalığın etiraf olunması faktının müəyyən olunması üçün ərizə ilə məhkəməyə müraciət etmək hüququna maikdir və həmin ərizəyə xüsusi icraat qaydasında baxılır. Atalığın etiraf olunması faktının müəyyən olunmasına iddia icraatı qaydasında baxıla bilməz. Bu hal qanunun tələblərinə ziddir. Eyni zamanda qeyd olunur ki, iddia ərizəsində iddia tələbi dəqiq göstərilməli, həmçinin şəxs həmin iddia tələbini irəli sürmək üçün müvafiq subyektiv hüququ malik olmalı və bunu sübut etməlidir. Qeyd olunanlar da hazırki ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, Ərizəçi Ramazan oğlunun Cavabdeh qarşı atalıq faktının müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi barədə ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi Ramazan oğlunun Cavabdeh qarşı atalıq faktının müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi barədə ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın; ərizəçiyə ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-547/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-547/2021
19.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver