Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-55/2021 19.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun himayəsində olan əlil oğlu-09 yanvar 1988-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. 10 manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Ərizəçi yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki iş baxılmamış saxlansın.10 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçi izah olunur ki, yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-55/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-55/2021
19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver