Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-560/2020 18.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Balakən rayon icra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik məsələlərinə baxan komissiyanın nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxx 1978-ci ildə doğulmuş oğlu Qandayev Ömər Ramazan oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, Balakən şəhəri Zərifə Əliyeva küçəsi ev 32-də yaşayır. Qandayev Ömər Ramazan oğlu onun oğludur. Qandayev Ömər Ramazan oğlu xəstədir və o, ambulator şəraitdə psixiatr qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. xx xxxx 1978-ci ildə doğulmuş Qandayev Ömər Ramazan oğlunun xəstəliyi, yəni psixi qüsuru ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Buna görə də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəyə etiraz etməyərək izahatında göstərdi ki, Qandayev Ömər Ramazan oğlu xəstədir. O, ambulator şəraitdə psixiatr qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar olaraq o, İ qrup əlildir və əmək qabiliyyəti yoxdur. Qandayev Ömər Ramazan oğlu xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. xx xxxx 1978-ci ildə doğulmuş Qandayev Ömər Ramazan oğlunun xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsi rayonlararası Ruhi-Əsəb Dispanserinin 23 oktyabr 2020-ci il tarixli 590 nömrəli rəyindən görünür ki, Qandayev Ömər Ramazan oğlu xroniki psixi xəstəlik olan HEBEFRENİK ŞİZOFRENİYA, NATAMAM REMİSSİYA VƏZİYYƏTİ XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı, tibbi sənədlər (Şəki Psixiatriya xəstəxanasından verilmiş 024/70 saylı stasionar xəstənin xəstəlik tarixindən çıxarış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda ifadə olunmuş davranış pozuntuları müşahidə olunması, bütün müayinə boyu özünü narahat və gərgin aparması, bir yerdə qərar tutmaması, otaqda var-gəl edərək ekspertiza otağını tərk etməyə cəhdlər göstərməsi, ekspertizaya təqdim olunma səbəbini başa düşməməsi, keçirilən ekspertizanın nəticəsinə heç bir maraq göstərməməsi, konfiliktə meyilli olması, təfəkküründə aitistikliyə və paralogiyaya meyillilik aşkar edilməsi, ətrafda baş verən hadisələrə şübhə ilə yanaşması, arabir tanımadığı şəxslərin səslərini eşitdiyini bildirməsi, onda ifadə olunmuş oyanıqlıq və aqressiyaya meyillilik müşahidə olunması, düşdüyü vəziyyətə qeyri-tənqidi yanaşması və s) imkan verir. Qandayev Ömər Ramazan oğlu xroniki psixi xəstəlik olan HEBEFRENİK ŞİZOFRENİYA, NATAMAM REMİSSİYA VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntunlarının beynəlxalq təsnifatı-10cu baxış) F20.1 xəstəliyi keçirdliyindən o, hal-hazırda öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Qandayev Ömər Ramazan oğlu keçirdiyi xroniki xəstəliyi ilə əlaqədar olaraq hal-hazırda FƏALİYYƏT QABLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin və qəyyumluq və himayə komissiyasının nümayəndəsinin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Qandayev Ömər Ramazan oğlu xroniki psixi xəstəlik olan hebefrenik şizofreniya, natamam remissiya vəziyyəti ilə XBT-10 dioqnozu ilə xəstədir. Qandayev Ömər Ramazan oğlu ambulator şəraitdə psixiatr qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar olaraq Qandayev Ömər Ramazan oğlu İ qrup əlildir və əmək qabiliyyəti yoxdur. Qandayev Ömər Ramazan oğlu xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. xx xxxx 1978-ci ildə doğulmuş Qandayev Ömər Ramazan oğlunun xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsi rayonlararası Ruhi- Əsəb Dispanserinin xx xxxxxxx 2020-ci il tarixli 590 saylı rəyinə əsasən Qandayev Ömər Ramazan oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx xxxx 1978-ci ildə doğulmuş Qandayev Ömər Ramazan oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. xx xxxx 1978-ci ildə doğulmuş Qandayev Ömər Ramazan oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-560/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-560/2020
18.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver