Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-593/2021 26.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə , Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Balakən rayonunun Tülü kənd sakini Cavabdeh oğlu- 03.01.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay sabit pul məbləğində 300 ( üç yüz ) manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ilin yanvar ayında Balakən rayonunun Tülü kənd sakini Cavabdeh ilə rəsmi nikah bağlamadan evlənmişdir. Elçin ilə birgə yaşadıqları dövrdə -03.01.2009-cu il tarixdə X3 adlı uşağı doğulmuşdur. 2008-ci ilin sonundan Elçindən ayrı yaşayır. Oğlu Elmin də özünün himayəsində yaşayır. Ağır ailə şəraitində yaşayır, heç yerdə işləmir. Elçin uşağın baxılmasında ona heç bir köməklik göstərmir. Uşağa təkbaşına baxmaq onun üçün çox çətindir. Buna görə də Elçindən aliment tələbi ilə bağlı Məhkəməyə müraciət etməli olmuşdur. Elçin fərdi işlərlə məşğul olur, sürücüdür. Onun yüksək qazancı var. Elçinin oğlu Elminin baxılıb saxlanılması üçün qanunauyğun miqdarda aliment ödəmək imkanı vardır. Elçinin rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, 2008-ci ildə rəsmi nikah bağlamadan İddiaçı ilə evlənmiş, nikahlarını isə rəsmiləşdirməmişlər. İddiaçı ilə faktiki nikahlarından 03.01.2009-cu ildə Elmin adında bir uşaqları olmuşdur. 2010-cu ildən onlar ayrı yaşayırlar. Uşaq o vaxtdan iddiaçının himayəsindədir. Onun iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Onun hər ay 500 manat qazancı olur. O, başqa qadınla evlidir. Ona görə də o hər ay 150-170 manat məbləğində aliment ödəyə bilər. İddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 aprel 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 400412 nömrəli atalığın müəyyən edilməsi barədə şəhadətnamədən görünür ki, vətəndaş Cavabdeh 03 yanvar 2009-cu ildə vətəndaş İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 aprel 2021-ci il tarixdə verilmiş 391 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X3 03.01.2009-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli 440 nömrəli arayışdan görünür ki, 03.01.2009-cu il təvəllüdlü X3 hal-hazırda anası İddiaçı himayəsindədir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2008-ci ilin yanvar ayında rəsmi nikah bağlamadan evlənmişlər. Tərəflərin faktiki nikahlarından 03.01.2009-cu il tarixdə X3 adında bir uşaqları olmuşdur. Onlar 2010-cu ildən ayrı yaşayırlar. Uşaq iddiaçının himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə yaşayışından olan uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşağının saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 29 aprel 2021-ci il tarixdən başlayaraq 03.01.2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 ( bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu xərci tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 29 aprel 2021-ci il tarixdən başlayaraq 03.01.2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 ( bir yüz yetmiş beş ) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu xərci tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-593/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-593/2021
26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver