Məhkəmə qərarları › İş №2(019)-604/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-604/2021

05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-604/2021 05.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlü məsələsinə baxaraq, müəyyən etdim: Əliyev X1 Nübar Akif qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracəit etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları və poçt ünvanları, həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, yenə də həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Lakin ərizəçi İddiaçı hazırki iddia ərizəsində Balakən Rayon Məhkəməsinin 2 (019)- 883/2020 saylı, 24.11.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş aliment məbləğinin hansı miqdarda azaldılmalı olmasını göstərməməklə iddia tələbini göstərməmiş, həmçinin alimentin miqdarının azaldılması tələbinə uyğun dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, iş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsində baxılan və 24.11.2020-ci il tarixdə qətnamə çıxarılan 2 (019)-883/2020 saylı mülki iş üzrə İddiaçı cavabdeh olmuşdur və cavabdehin aliment tələbləri üzrə, o cümlədən alimentin miqdarının azaldılması tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edilməsi nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti alimentin alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azçərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan aşağı olduqda 20 manat, iddianın qiyməti 500 manatdan yuxarı olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırki iddia ərizəsində iddianın qiyməti göstərilmədiyi üçün ödənilməli olan dövlət rüsumunun 20 manat və ya 30 manat təşkil etməsi bilinmir. İddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir ki, bu da qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsi sayıla bilməz. Qeyd olunanlar da hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar