Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-655/2021 31.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, LPO İddiaçı ASCnin Cavabdeh1 və “xxxx” ASC-yə qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim : LPO İddiaçı ASC Cavabdeh1 və “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cəmi 24,957.15 (iyirmi dörd min doqquz yüz əlli yeddi manat, 15 qəpik) manat - bundan 14,530.48 (on dörd min beş yüz otuz manat, 48 qəpik) manat əsas, 7,363.77 (yeddi min üç yüz altmış üç manat, 77 qəpik) manat faiz, 2,608.40 (iki min altı yüz səkkiz manat, 40 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 454.50 (dörd yüz əlli dörd manat, 50 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu ərazisində Xırdalan qəs.,Sumqayıt şossesində inşa etdirdiyi 1 bina, 22 blok, 43 saylı mənzil ümumi sahə 69.50 kv.m olan, 2 otaqdan ibarət mənzilə yönəldilməsi, yuxarıdakı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və “xxxx” ASC-dən tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, LPO İddiaçı ASC tərəfindən ərazi aidiyyəti qaydalarına riayət edilmədən əsassız olaraq hazırki iddia ilə Balakən Rayon Məhkəməsinə müraciət edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh1 qeydiyyatda olduğu və yaşadığı yer ünvan 1 ünvandır. Həmçinin iddia ərizəsindən və iş materiallarından görünür ki, ərizədə digər cavabdeh kimi göstərilən “xxxx” ASC-nin hüquqi ünvanı ünvan 2lda iddiaçı LPO İddiaçı ASC hazırki iddia ərizəsi ilə cavabdehlərdən birinin qeydiyyatda olduğu yer üzrə müvafiq məhkəməyə müraciət etməli idi ki, bu da edilməmişdir. . Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlar yuxarıda göstərilən qanun normalarına əsasən hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, LPO İddiaçı ASC-nin Cavabdeh1 və “xxxx” ASC-yə qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və LPO İddiaçı ASC-yə hazırki iddia ilə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: LPO İddiaçı ASC-nin Cavabdeh1 və “xxxx” ASC-yə qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; LPO İddiaçı ASC-yə hazırki iddia ilə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-655/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-655/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver