Məhkəmə qərarları › İş №2(019)-732/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-732/2020

01.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-732/2020 01.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı və cavabdeh Çixinov Cavabdeh Seyid oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Çixinov Cavabdeh Seyid oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Taşrayeva Ayşa Məhəmməd qızı cavabdeh Çixinov Cavabdeh Seyid oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(019)-1692/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Çixinov Cavabdeh Seyid oğlundan 31 dekabr 2012-ci ildə anadan olmuş Çixinova Tükəzban Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxx 2012-ci il tarixdə rəsmi nikahla Qaysa kənd sakini Çixinov Cavabdeh ilə evlənmişdir. Rəsmi nikahdan xx xxxxxx 2012-ci il tarixdə Çixinova Tükəzban Cavabdeh qızı adında övladları anadan olmuşdur. Bir ilə qədər cavabdehdən ayrı yaşamış, qızına təkbaşına baxmaq məcburiyyətində qalmışdır. Onun iddiası əsasında Bаlаkən Rаyоn Məhkəməsinin xx xxxxxxx 2015-ci il tаrixli 2(019)-1192/2015 sаylı qətnаməsinə əsasən xx xxxxxxx 2015ci il tarixdən başlayaraq qızı Tükəzbanın yetkinlik yaşına çatana kimi saxlanması üçün Çixinov Cavabdeh hər ay 60 (altmış) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Azyaşlı övladına təkbaşına baxaraq, xəstə valideynlərinə də baxmaq məcburiyyətində qalaraq işləyə, gəlir əldə edə bilmədiyi üçün alimentin miqdarının dəyişdirilərək hər ay üçün 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə tələblə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxxxxx 2016-cı il tarixli 2(019)-1692/2016 nömrəli qətnaməsi ilə cavabdeh Çixinov Cavabdeh alınıb ona verilən alimentin miqdarı 117 manat müəyyən edilmişdir. Həmin aliment uşağın tələbatını ödəmir. Hazırda bir nəfərin minimum ehtiyac meyarı 190 manat müəyyən edilmişdir. Cavabdehin maddi imkanları yaxşıdır və övladına artırılmış alimenti ödəmək imkanı vardır. Ona görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Çixinov Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 09 aprel 2012-ci ildə rəsmi nikahla İddiaçı ilə evlənmiş, birgə nikahlarından 31 dekabr 2012-ci ildə Çixinova Tükəzban Cavabdeh qızı adında bir uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar iddiaçı ilə ayrılmışdır. İddiaçının tələb etdiyi 190 manat məbləğində alimenti ödəməyə onun maddi imkanı yoxdur. Özü xəstə olmaqla heç bir yerdən gəliri yoxdur. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 fevral 2019-cu il tarixdə verilmiş AZ-İİİ seriyalı 004627 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Çixinova Tükəzban Cavabdeh qızı xx xxxxxxx 2012-ci ildə doğulmuşdur. Atası Çixinov Cavabdeh Seyid oğlu, anası X3 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 12 saylı X4 filialı tərəfindən 15 sentyabr 2020-ci il tarixdə verilmiş **********0 nömrəli arayışdan görünür ki, Çixinov Cavabdeh adında hal-hazırda aktiv əmək müqaviləsi yoxdur. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(019)- 1692/2016 nömrəli qətnaməsindən görünür ki, Bаlаkən Rаyоn Məhkəməsinin xx xxxxxxx 2015-ci il tаrixli 2(019)-1192/2015 sаylı qətnаməsi ilə müəyyən edilmiş аlimentin miqdаrının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən bаşlаyаrаq Çixinov Cavabdeh xx xxxxxx 2012-ci ildə аnаdаn оlmuş Çixinova Tükəzban Cavabdeh qızının yetkinlik yаşınа çаtаnа kimi sаxlаnmаsı üçün hər аy 117 (yüz on yeddi ) manat sаbit pul məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı X3 xx xxxxx 2012-ci ildə rəsmi nikahla cavabdeh Çixinov Cavabdeh ilə evlənmişdir. Tərəflərin birgə nikahlarından xx xxxxxx 2012-ci ildə Çixinova Tükəzban Cavabdeh qızı adında bir uşağı olmuşdur. Uşaq hazırda iddiaçı X1 himayəsindədir. Balakən Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli 2(019)-1692/2016 saylı qətnaməsi ilə cavabdeh Çixinov Cavabdeh xx xxxxxx 2012-ci ildə anadan olmuş Çixinova Tükəzban Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 117 (bir yüz on ) manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında “Yaşayış minimumu haqqında” xx xxxxxx 2009-cu il tarixli Qanunun 1-ci bəndinə edilən dəyişikliyə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin uşağın tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(019)-1692/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxx 2012-ci ildə anadan olmuş Çixinova Tükəzban Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Çixinov Cavabdeh Seyid oğlundan hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh Çixinov Cavabdeh Seyid oğlundan 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli 2(019)-1692/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxx 2012-ci ildə anadan olmuş Çixinova Tükəzban Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Çixinov Cavabdeh Seyid oğlundan hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Taşrayeva Ayşa Məhəmməd qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Çixinov Cavabdeh Seyid oğlundan 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar