Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-753/2020 07.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onun Cavabdeh ilə birgə nikahlarından xx xxxx 2013-cü ildə anadan olmuş X3 və xx xxx 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Balakən rayonunun Qullar kəndində yaşayan Cavabdeh hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək xx xxxx 2013-cü ildə anadan olmuş X3 və xx xxx 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə nikahlarını xx xxxxx 2011-ci il tarixdə 12 nömrə ilə Balakən rayonu Qullar kənd inzibati ərazi dairəsində rəsmiləşdirməklə evlənmişdir. Onların birgə nikahlarından xx xxxx 2013-cü ildə X6 və xx xxx 2014-cü ildə isə X4 adında iki uşaqları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət onunla mehriban ər-arvad kimi yaşamışlar. 2017-ci ildə işləmək məqsədi ilə Rusiya Federasiyasına gedib-gəlmişlər və cavabdeh hazırda da orada işləyir. Son vaxtlar cavabdehlə aralarında ailə münasibətləri zəminində narazılıqlar yaranmağa başlamış, o, iki uşaqla Balakən rayonuna gəlmişdir. Aralarında yaranan narazılıqlara səbəb xasiyyətlərinin uyğun gəlməməsi və bir-birlərini başa düşməmələri olmuşdur. Bu səbəbdən 2019-cu ilin mart ayından cavabdehlə ayrılmış və həmin vaxtdan onlar ayrı yaşayırlar. O, iki uşağı da özü ilə gətirərək valideynlərinin evinə qayıtmışdır. Hazırda uşaqların hər ikisi özünün himayəsində yaşayırlar. Uşaqların hər ikisi xəstədir və onların mütəmadi olaraq müalicəyə ehtiyacları vardır. Cavabdeh isə uşaqların baxılıb saxlanması üçün ona heç bir maddi köməklik göstərmir. O, təkbaşına hər iki uşağının tələbatını çatdıra bilmir. Özü heç yerdə işləmir. Buna görə də aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərdi ki, Cavabdeh İddiaçı ilə xx xxxxx 2011-ci il tarixdə 12 nömrə ilə Balakən rayonu Qullar kənd inzibati ərazi dairəsində rəsmiləşdirməklə evlənmişdir. Onların birgə nikahlarından xx xxxx 2013-cü ildə X6 və xx xxx 2014-cü ildə isə X4 adında iki uşaqları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət onunla mehriban ərarvad kimi yaşamışlar. 2019-cu ilin mart ayından cavabdehlə ayrılmış və həmin vaxtdan onlar ayrı yaşayırlar. Uşaqlar analarının yanında yaşayırlar, Cavabdeh isə Rusiya Federasiyasında yaşayır. Cavabdeh hər ay hər uşağa 100 manat aliment ödəməyə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan Balakən rayonu Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxx 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 658474 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx xxxxx 2011-ci il tarixdə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Dibirova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxx 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 073879 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx xxxx 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X5 vilayətinin Tümen şəhər VVAQ şöbəsi tərəfindən xx xxxx 2014-cü il tarixdə verilmiş İİ-FR seriyalı 565739 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxx 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx xxxxx 2011-ci ildə nikahlarını 12 nömrə ilə Balakən rayon İcra Hakimiyyəti Qullar kənd inzibati ərazi dairəsində rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından xx xxxx 2013-cü ildə X6 və xx xxx 2014-cü ildə X4 adında iki uşaqları olmuşdur. Uşaqların hər ikisi iddiaçının himayəsindədirlər. Cavabdeh uşaqlara baxmağa iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, uşaqların anasının yanında yaşamalarını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ərizənin verildiyi xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2013-cü ildə anadan olmuş X3 və xx xxx 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2013-cü ildə anadan olmuş X3 və xx xxx 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-753/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-753/2020
07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver