Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-920/2020 16.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Cavabdeh qarşı ona düşən torpaq payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixində verilmiş **********0 qeydiyyat nömrəli Çıxarışa əsasən ona düşən torpaq payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq, hesab edirəm ki, məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixində verilmiş **********0 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evinə tam, 0,17 ha torpaq sahəsinin 33/48 hissəsinə, X1 həmin torpaq sahəsinin 3/48 hissəsinə və Cavabdeh həmin torpaq sahəsinin 12/48 hissəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sözügedən çıxarışla İddiaçı torpaq sahəsinə payı artıq müəyyən edilmiş və bu paya mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Ona görədə xx.xx.2020-ci il tarixində verilmiş **********0 qeydiyyat nömrəli Çıxarışa əsasən ərizəçinin torpaq sahəsinə payının müəyyən edilməsi barədə heç bir həll edilməyən mübahisə yoxdur. Bu xüsusda ərizəçinin qanunla orunan hüquq və azadlıqları, eləcə də maraqları təmin edilmişdir. Ərizəçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən məhkəmə qaydasında ona verilən torpaq payının naturada ayrılmasını və digər bir gə mülkiyyətçilərdən öz torpaq payına uyğun kompensasiya veriliməsini tələb edə bilər ki, hazırki iddia ərizəsində də belə tələblər yoxdur. Bu səbəbdən bu iddia üzrə mülki işə məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İşin hallarını və mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edirəm ki, iddianın yolverilməzliyinə görə İddiaçı Cavabdeh qarşı ona düşən torpaq payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin ərizəçiyə məhkəmə qaydasında ona verilən torpaq payının naturada ayrılması və ya digər birgə mülkiyyətçilərdən öz torpaq payına uyğun kompensasiya veriliməsini tələb etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddianın yolverilməzliyinə görə İddiaçı Cavabdeh qarşı ona düşən torpaq payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin; İddiaçı məhkəmə qaydasında ona verilən torpaq payının naturada ayrılması və ya digər birgə mülkiyyətçilərdən öz torpaq payına uyğun kompensasiya veriliməsini tələb etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-920/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-920/2020
16.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver