Məhkəmə qərarları › İş №2(019)-926/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-926/2021

22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-926/2021 22.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Muquşova (Nəsibova) Cavharat Nuru qızına qarşı təzminat tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Ramazan oğluna, Cavabdeh2 Səid qızına və Muquşova (Nəsibova) Cavharat Nuru qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 20.000 (iyirmi min) manat, Cavabdeh2 20.000 (iyirmi min) manat, X1 10.000 (on min) manat təzminatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, işin baxılmamış saxlanmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin özünə qaytarılmasını xahiş etmişdir. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Muquşova (Nəsibova) Cavharat Nuru qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, İddiaçı ərizənin geri qaytarılması barədə ərizə verməsini, cavabdehlərin işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı, ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Muquşova (Nəsibova) Cavharat Nuru qızına qarşı təzminat tələbinə dair mülki iş baxılmamış saxlansın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar