Məhkəmə qərarları › İş №2(019)-932/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-932/2021

06.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-932/2021 06.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı Balakən rayon İstehsal –İstehlak Kooperativinin Cavabdeh qarşı Cavabdeh Balakən rayon İstehsal- İstehlak Kooperativinə məxsus, rayonun S. Gözəlov küçəsində (Kolxoz bazarı ərazisində) yerləşən 34 saylı “Ticarət cərgəsi“nin İ-ci şöbəsini boşaldıb kooperativə təhvil verməsi və onun adında olan qeyri-qanuni yolla əldə etdiyi saxta – çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Balakən rayon İstehsal -İstehlak Kooperativinə məxsus, rayonun S.Gözəlov küçəsində (Kolxoz bazarı ərazisində) yerləşən 34 saylı “Ticarət cərgəsi“nin İ-ci şöbəsini boşaldıb Balakən rayon İstehsal -İstehlak Kooperativinə təhvil verməsi və onun adında olan qeyri-qanuni yolla əldə etdiyi saxta Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativinin sədri Nümayəndə məhkəməyə teleqram göndərərək iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, iddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativinin sədri Nümayəndə ərizənin baxılmamış saxlanması barədə ərizə verməsini, cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalıdır. İddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativinin sədri Nümayəndə izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı Balakən rayon İstehsal –İstehlak Kooperativinin Cavabdeh qarşı Cavabdeh Balakən rayon İstehsal- İstehlak Kooperativinə məxsus, rayonun S. Gözəlov küçəsində (Kolxoz bazarı ərazisində) yerləşən 34 saylı “Ticarət cərgəsi“nin İ-ci şöbəsini boşaldıb kooperativə təhvil verməsi və onun adında olan qeyri-qanuni yolla əldə etdiyi saxta – çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş baxılmamış saxlansın. İddia ərizəsinə əlavə edilmiş 10 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativinin sədri Nümayəndə izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar