Məhkəmə qərarları › İş №2(019)-944/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-944/2020

18.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-944/2020 18.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-344/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx xxxxxxx 2015-ci il tarixdə doğulmuş X3 adında uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə nikahlarını 02 dekabr 2014-cü ildə Balakən rayonu Qazma kənd X4 28 sayla rəsmiləşdirməklə evlənmişlər. Birgə yaşadıqları müddətdə xx xxxxxxx 2015-ci il tarixdə X3 adında bir uşaqları olmuşdur. Evləndikdən sonra cavabdehlə aralarında ailə münaqişələri zəminində mübahisələri yaranmağa başlamışdır. Buna görə də onunla ailə münasibətləri uzun sürməmişdir. xx xxx 2016-cı ildə cavabdehdən ayrılaraq atası evinə qayıtmışdır. Lakin nikahları məhkəmə qaydasında pozulmamışdır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-344/2018 saylı qətnaməsinə əsasən xx xxxxxxx 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Ancaq Cavabdeh verdiyi 130 manat miqdarında alimentlə uşağa baxmaq onun üçün çox çətindir. Hazırda uşağı böyümüş, onun qayğıları artmışdır. Cavabdeh Muradov X2 Mühafizə Xidmətində çalışır və aylıq əmək haqqı 600 manat təşkil edir. Bu səbəbdən də məhkəmə onun heç yerdə işləmədiyini, cavabdehin 600 manat əmək haqqı aldığını və 2020-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 170 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq alimentin miqdarını 200 manat müəyyən etmək səlahiyyəti vardır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2014cü ildə nikahlarını rəsmiləşdirməklə İddiaçı ilə evlənmişdir. Onların birgə nikahlarından xx xxxxxxx 2015-ci il tarixdə X3 adında bir uşaqları anadan olmuşdur. Uşaq hazırda iddiaçının himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən o uşağın saxlanması üçün hər ay 130 manat alimenti iddiaçının xeyrinə ödəyir. O, ayda 580 manat əmək haqqı alır. Həmin pulun 130 manatını aliment ödəyir. Qalan 450 manatla isə özünə, işləməyən valideynlərinə baxır. Ona görə də iddiaçının tələb etdiyi 200 manat məbləğində alimenti ödəyə bilməz. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 656419 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxxx 2015-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-344/2018 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Cavabdeh xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2015-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub cavabdeh İddiaçı verilməsi qət edilmişdir, Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh nikahlarını xx xxxxxx 2014-cü il tarixdə Balakən rayonu Qazma kənd X7 Üzrə Nümayəndəliyində 28 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından xx xxxxxxx 2015-ci il tarixdə X3 adında bir uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqlara görə xx xxx 2016-cı il tarixdə ayrılmışlar. O,vaxtdan da birgə nikahlarından olan uşaq iddiaçının himayəsindədir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-cü il tarixli 2(019)-344/2018 saylı qətnaməsi ilə 05 fevral 2018-ci il tarixdən başlayaraq 26 oktyabr 2015-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh oğlundan hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı qızına verilməsi qət edilmişdir, İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında “X5” xx xxxxxx 2009-cu il tarixli Qanunun 1-ci bəndinə edilən dəyişikliyə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin uşağın tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-cü il tarixli 2(019)-344/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxxx 2015-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-344/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxxx 2015-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar