Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-944/2021 21.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X15 qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onun 1958-ci ildə B a l a k ə n rayonu Şambul kəndində X3 doğulması, X4 atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Şambul kəndi ünvanında yaşayır. 1958-ci ildə Balakən rayonu Şambul kəndində doğulmuşdur. X2, X1dır. X1 28.04.2006-cı ildə, X2 isə 11.11.2013-cü ildə ölmüşdürlər.1958-ci ildə ev şəraitində doğulduğuna görə ona doğum haqqında şəhadətnamə verilməmişdir.29 yanvar 1977-ci ildə X14 ilə Balakən rayonu Şambul kənd İnzibati Ərazi Dairəsində nikahlarını rəsmiləşdirməklə evlənmişdir. Onunla birgə nikahlarından Təranə, Kərimət, Nuranə və Əsiyət adında 4 övladı olmuşdur. Hazırda soyadını dəyişdirmək istəyir. Bununla əlaqədar Balakən “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etmişdir.X9 Maraqlı şəxs 1955-1961-ci illərə dair ilkin, 1959-2021-ci illərə dair bərpa doğum akt qeydləri üzrə arxiv məlumatları yoxlanılsa da, Maraqlı şəxsndə onun doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Bu barədə ona Maraqlı şəxs tərəfindən 03 avqust 2021-ci il tarixli 742 saylı arayış verilmişdir. Bu səbəbdən də doğum haqqında şəhadətnamə almaq istəyir. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi Qurban qızı , onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahidt Kamil qızı ifadəsində göstərdi ki, Ərizəçi onun dayısı qızıdır. Ərizəçi 1958-ci ildə Balakən rayonu Şambul kəndində anadan olmuşdur. X2, anası isə X6 olmuşlar.O,həmişə valideynlərinin yanında yaşamışdır. Ərizəçinin hər iki valideyni ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Ərizəçi doğumu haqqında akt qeydi şöbənin arxivində aşkar edilmədiyi üçün onun doğumunun şöbədə qeydə alınmasından , həmçinin valideynləri öldüyündən atalığın müəyyən edilməsindən imtina edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 16 yanvar 1986-cı ildə verilmiş Xİ-JQ seriyalı 309014 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 08.01.1986-cı ildə doğulmuşdur, atası X14, anası Ərizəçi qeyd edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 noyabr 1978-ci ildə verilmiş V-JQ seriyalı 468038 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 14.06.1978-ci ildə doğulmuşdur, atası X14, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 iyul 1982-ci ildə verilmiş Vİİİ-JQ seriyalı 378414 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 21.04.1982-ci ildə doğulmuşdur, atası X14, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 03 oktyabr 1984-cü ildə verilmiş X-JQ seriyalı 257788 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 21.08.1984-cü ildə doğulmuşdur, atası X14, anası Ərizəçi qeyd edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 03 avqust 2021-ci il tarixdə verilmiş 742 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Maraqlı şəxsin 1955-1961-ci illərə dair ilkin, 1959-2021-ci illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 02 avqust 2021-ci il tarixdə verilmiş 05/Q-61/69 nömrəli çıxarışdan görünür ki, X14 ilə Ərizəçi nikahı haqqında 29.01.1977-ci il tarixdə 01 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Polis Şöbəsi tərəfindən Ərizəçi verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1958-ci ildə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İH Şambul kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş 301 nömrəli, 19.08.2021-ci il tarixli arayışdan görünür ki, onun X1 28.04.2006-cı ildə, X2 isə 11.11.2013-cü ildə ölmüşdürlər. Məhkəmə ərizəçinin və nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 1958-ci ildə Balakən rayonu Şambul kəndində anadan olmuşdur. X2, anası isə X5r. X25 11.11.2013-cü ildə, anası Ruqiyyət Tosova isə 28.04.2006-cı ildə ölmüşlər.Ərizəçi 1958-ci ildə ev şəraitində doğulduğuna görə ona doğum haqqında şəhadətnamə verilməmişdir. O, hazırda soyadını dəyişdirmək istəyir, onun isə doğum şəhadətnaməsi yoxdur. O, doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə tərəfindən ona doğum haqqında şəhadətnamə verilməmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də o hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi olmadıqda,atalıq uşağın valideynlərindən birinin,uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur . Bu zaman məhkəmə uşağınkonkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd anasının ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi, habelə məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1958-ci ildə Balakən rayonu Şambul kəndində X6 tərəfindən doğulması, atası olmasının mərhum X8 tərəfindən etiraf olunması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi qızının 1958-ci ildə Balakən rayonu Şambul kəndində X6 tərəfindən doğulması, atası olmasının mərhum X8 tərəfindən etiraf olunması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-944/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-944/2021
21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver