Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-959/2021 14.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “ABC TELECOM “ Məhdud Məsuliyyətli Cəmiyyət Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, sadələşdirilmiş icraat qaydasında işə baxaraq 17.04.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********98282 X2 C markalı telefon üçün 40.4 (qırx manat, qırx qəpik) manat ödənilməmiş hissə, 4.6 (dörd manat, altmış qəpik) manat cərimə ; 20.04.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********99144 HOFFMANN X Go markalı telefon üçün 49.3 (qırx doqquz manat, otuz qəpik) manat ödənilməmiş hissə, 4.7 (dörd manat, yetmiş qəpik) manat cərimə; 27.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********24614 Samsung Galaxy A41 markalı telefon üçün 740.6 (yeddi yüz qırx manat, altmış qəpik) ödənilməmiş hissə, 74.4 (yetmiş dörd manat, qırx qəpik) manat cərimə miqdarında borcun- ümumilikdə, 914 manat borcun , 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı İddiaçı ilə 17.04.2020-ci il, 20.04.2020-ci il, 27.09.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********98282 X2 C markalı telefon, İMEİ Kodu **********99144 HOFFMANN X Go markalı telefon, İMEİ Kodu **********24614 Samsung Galaxy A41 markalı telefonlar almış və nəticədə 914 (doqquz yüz on dörd) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 104.6 (yüz dörd manat, altmış qəpik) manat (12 ay x 6 manat 80 qəpik + 23 manat ilkin ödəniş) İMEİ Kodu **********98282 Elari NanoPhone C markalı telefon üçün ümumilikdə, 45 (qırx beş) manat olmaqla ondan, 40.4 (qırx manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.6 (dörd manat, altmış qəpik) manat cərimə; 20.04.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 130 (yüz otuz) manat (12 ay x 8 manat + 34 manat ilkin ödəniş) İMEİ Kodu **********99144 HOFFMANN X Go markalı telefon üçün ümumilikdə, 54 (əlli dörd) manat olmaqla ondan, 49.3 (qırx doqquz manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.7 (dörd manat, yetmiş qəpik) manat cərimə;27.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 874.2 (səkkiz yüz yetmiş dörd manat, iyirmi qəpik) manat (18 ay x 41 manat 90 qəpik + 120 manat ilkin ödəniş) İMEİ Kodu **********24614 Samsung Galaxy A41 markalı telefon üçün ümumilikdə, 815 (səkkiz yüz on beş) manat olmaqla ondan, 740.6 (yeddi yüz qırx manat, altmış qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 74.4 (yetmiş dörd manat, qırx qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 278.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 17.04.2020-ci il il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti İMEİ Kodu **********98282 X2 C markalı telefonu 12 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 20.04.2020-ci il il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti İMEİ Kodu **********99144 HOFFMANN X Go markalı telefonu 12 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 27.09.2020-ci il il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti İMEİ Kodu **********24614 Samsung Galaxy A41 markalı telefonu 18 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan 27.09.2020-ci il tarixli müqaviləyə əlavə -ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27.09.2020-ci il tarixli müqaviləyə əsasən, 31.10.2020-ci il tarixdən 31.03.2022ci il tarixədək hər ay 41.9 AZN ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən , ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə olan 17.04.2020-ci il tarixli müqaviləyə əlavə -ödəniş cədvəlindən görünür ki, Cavabdeh 17.04.2020-ci il tarixli müqaviləyə əsasən, 31.05.2020-ci il tarixdən 30.04.2021ci il tarixədək hər ay 6.8 AZN ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə olan 20.04.2020-ci il tarixli müqaviləyə əlavə -ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20.04.2020-ci il tarixli müqaviləyə əsasən, 31.10.2020-ci il tarixdən 31.04.2022ci il tarixədək hər ay 8.0 AZN ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı-dən 17.04.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********98282 Elari NanoPhone C markalı telefonu 12 ay müddətə,20.04.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********99144 HOFFMANN X Go markalı telefonu 12 ay müddətə və 27.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********24614 Samsung Galaxy A41 markalı 18 ay müddətə kreditlə-nisyə almışdır. Cavabdeh cəmi 278.5 manat ödəniş etmiş, İMEİ Kodu **********98282 X2 C markalı telefon üçün 40.4 (qırx manat, qırx qəpik) manat, İMEİ Kodu **********99144 HOFFMANN X Go markalı telefon üçün 49.3 (qırx doqquz manat, otuz qəpik) manat, İMEİ Kodu **********24614 Samsung Galaxy A41 markalı telefon üçün 740.6 (yeddi yüz qırx manat, altmış qəpik) ödənilməmiş hissə qalmışdır. İMEİ Kodu **********98282 X2 C markalı telefon üçün 4.6 manat, İMEİ Kodu **********99144 HOFFMANN X Go markalı telefon üçün 4.7 (dörd manat, yetmiş qəpik) manat və İMEİ Kodu **********24614 Samsung Galaxy A41 markalı telefon üçün 74.4 (yetmiş dörd manat, qırx qəpik) manat cərimə hesablanmışdır. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca, habelə İMEİ Kodu **********98282 X2 C markalı telefon üçün və İMEİ Kodu **********99144 HOFFMANN X Go markalı telefon üçün cəriməyə aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, İMEİ Kodu **********24614 Samsung Galaxy A41 markalı telefon üçün penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeyini, həm də digər əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, İMEİ Kodu **********24614 Samsung Galaxy A41 markalı telefon üçün cərimənin miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 27.09.2020ci il tarixli müqavilə üzrə 8 manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17.04.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********98282 Elari NanoPhone C markalı telefon üçün 40.4 (qırx manat 40 qəpik) manat ödənilməmiş hissə, 4,6 manat cərimə və 20.04.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********99144 HOFFMANN X Go markalı telefon üçün 49.3 (qırx doqquz manat 30 qəpik) manat ödənilməmiş hissə, 4.7 manat cərimə, 27.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********24614 Samsung Galaxy A41 markalı telefon üçün 740.6 (yeddi yüz qırx manat 60 qəpik) ödənilməmiş hissə, 8 manat cərimə olmaqla cəmi 847,6 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun 27,90 manatı alınaraq İddiaçı-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 17.04.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********98282 Elari NanoPhone C markalı telefon üçün 40.4 (qırx manat 40 qəpik) manat ödənilməmiş hissə, 4,6 manat cərimə, 20.04.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********99144 HOFFMANN X Go markalı telefon üçün 49.3 (qırx doqquz manat 30 qəpik) manat ödənilməmiş hissə, 4.7 manat cərimə, 27.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********24614 Samsung Galaxy A41 markalı telefon üçün 740.6 (yeddi yüz qırx manat 60 qəpik) ödənilməmiş hissə, 8 manat cərimə olmaqla cəmi 847,6 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun 27,90 manatı alınaraq İddiaçı-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-959/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-959/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver