Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-978/2021 24.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı Nurəddinoviçin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Nurəddinoviçin Cavabdeh qarşı çöl-ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nurəddinoviç Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən X1 miras qalmış 0,249745 ha torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına və cavabdehin qərəzli hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nurəddinoviçin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında ərizə verərək Cavabdeh qarşı iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında İddiaçı Nurəddinoviçin iddia tələbindən imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib,işdə olan sənədlərə baxaraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, işin icraatına xitam verilməlidir. Belə ki, İddiaçı Nurəddinoviç Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən X1 miras qalmış 0,249745 ha torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına və cavabdehin qərəzli hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nurəddinoviçin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında ərizə verərək Cavabdeh qarşı iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah edildikdən sonra da o işin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa məhkəmə iş izrə icraata xitam verir. Məhkəmə, iddiaçının nümayəndəsinin iddiadan imtina etməsini, qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, İddiaçı Nurəddinoviçin nümayəndəsi və vəkili Nümayəndə1 iddiadan imtinası qəbul edilməli, işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 262.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı Nurəddinoviçin Cavabdeh qarşı çöl-ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə İddiaçı Nurəddinoviçin nümayəndəsi və vəkili Nümayəndə1 iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-978/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-978/2021
24.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver