Məhkəmə qərarları › İş №2(019)-993/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-993/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-993/2021 14.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə İddiaçı MMC-nin («K@TV1) Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC («K@TV1) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 31 manat 20 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 201 manat 60 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “AG Telekom» MMC-nin («K@TV1) nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı MMC-nin («K@TV1) nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək , mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.5-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, İddiaçı MMC-nin («K@TV1) nümayəndəsi Quliyev Fuad Qoçu oğlunun iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə verməsini, Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı, iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. İddiaçı MMC-nə («K@TV1) izah olunmalıdır ki, yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı MMC-nin («K@TV1) Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılmamış saxlansın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı MMC-ə («K@TV1) izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar