Məhkəmə qərarları › İş №2(020)-1131/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1131/2023

25.05.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1131/2023 25.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı ildə Əsmər adlı uşağının saxlanılması üçün hər ay 165 manat alimentin onun xeyrinə tutulması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Maraqlı şəxs ilə faktiki nikahlarından xx.xx.2016-cı ildə Əsmər adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə ailə münasibətiləri 2022-ci ildə tamamilə kəsilmişdir. Uşaq hazırda onun yanında yaşayır. Maraqlı şəxs ilə aralarında mediasiya prosessində aliment və uşaqla görüş barədə barışıq sazişi bağlamışlar. Maraqlı şəxs uşağının saxlanması üçün ona ayda 165 manat aliment ödəməyi və onun da uşaqla görüşməsinə dair razılaşmışlar. Lakin Ağayev- Bəhrəm Nəsib oğlu alimentin ödənilməsini vaxtıvaxtında ödəmir. Maraqlı şəxs aliment ödəmək imkanı vardır. Maraqlı şəxs köməkliyi və yardımı olmadan uşağını saxlamaqda çox çətinlik çəkir. Lakin Maraqlı şəxs könüllü olaraq aliment ödəmək istəmir və müxtəlif bəhanələrlə bundan imtina edir. O, mediyasiya şurasına alimentlə bağlı müraciət etmiş, Maraqlı şəxslə alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Mediatorun iştirakı ilə aralarında barışıq sazişi bağlanmışdır. Ona görə də xx.xx.2016-cı ildə Əsmər adlı uşağının saxlanılması üçün hər ay 165 manat alimentin onun xeyrinə tutulması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Maraqlı şəxs ərizəni qəbul etdi və göstərdi ki, Ərizəçi ilə faktiki nikahlarından xx.xx.2016-cı ildə Əsmər adlı uşaqları anadan olmuşdur. Ərizəçi ilə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Uşaq hazırda iddiaçının yanında yaşayır. İddiaçı ilə aralarında mediasiya prosessində aliment və uşaqla görüş barədə barışıq sazişi bağlamışlar. O, uşağının saxlanması üçün iddiaçıya ayda 165 manat aliment ödəməyi və onun da uşağın görüşməsində razılaşmışlar. Odur ki, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2016-cı ildə anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, xx.xx.2016-cı ildə anadan olan Əsmər adlı uşağın saxlanılması üçün hər ay 165 manat alimentin onun xeyrinə tutulmasına razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2016-cı ildə Əsmər adlı uşağının saxlanılması üçün hər ay 165 manat alimentin onun xeyrinə tutulması barədə Ərizəçi Maraqlı şəxs ilə aralarında X1 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 39.80 (otuz doqquz manat səksən qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar