Məhkəmə qərarları › İş №2(020)-1271/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1271/2023

19.06.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1271/2023 19.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək maraqlı tərəf Maraqlı şəxs ilə aralarında 27 mart 2017-ci ildə “3 saylı Bakı ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində bağlanmış nikahlarının pozulması və xx.xx.2017-ci ildə doğulmuş Ömər adlı uşağının onun himayəsində qalmasının müəyyən edilməsi barədə 23 may 2023-cü il tarixli MŞC/1/00556 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağladığımız barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, maraqlı tərəf Maraqlı şəxs ilə ailə quraraq, nikahlarını 27 mart 2017-ci ildə “3 saylı Bakı ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2017-ci ildə Ömər adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqları vaxtdan münasibətləri yaxşı olsada sonradan uyğun gəlməmişdir. Xasiyyətləri və xarakterləri bir-birinə uyğun gəlmir. Bu səbəbdən cavabdehlə ayrılmışdır. Nikahları formal xarakter daşıyır. Cavabdehlə bir ailədə yaşamaq və ailəni qoruyub saxlamaq mümkün deyildir. Hazırda uşağı ilə birlikdə yaşayır. Onlar mediasiyada barışıq sazişində uşağının onun himayəsində qalması və cavabdeh könüllü olaraq yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün alimentdən imtina etmişdir. Odur ki, cavabdeh Maraqlı şəxs ilə aralarında 27 mart 2017-ci ildə “3 saylı Bakı ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində bağlanmış nikahımızın pozulması və xx.xx.2017-ci ildə doğulmuş Ömər adlı uşağının onun himayəsində qalmasının müəyyən edilməsi barədə 23 may 2023-cü il tarixli MŞC/1/00556 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağladığımız barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs iddianı qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə nikahlarını 27 mart 2017-ci ildə “3 saylı Bakı ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2017-ci ildə Ömər adlı uşaqları anadan olmuşdur. Ərizəçi ilə münasibətləri pozulduğundan ayrılmışlar. Hazırda uşaq iddiaçının yanında yaşayır, buna etirazı yoxdur. Ərizəçi ilə razılığa gəlmişlər, ərizəçi alimentdən imtina etmişdir. Ərizənin təmin edilməsinə etirzı yoxdur. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs 27 mart 2017-ci ildə “3 saylı Bakı ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 1 qeydə aldırmışlar. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci ildə Ömər adlı uşaqları anadan olmuşdur. Ərizəçi ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş 23 may 2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 27 mart 2017-ci ildə “3 saylı Bakı ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində bağlanmış nikahı pozulmasına və xx.xx.2017-ci ildə doğulmuş Ömər adlı uşağının ərizəçinin himayəsində qalmasının müəyyən edilməsinə razılaşmışlar. Ərizəçi uşağın saxlanması üçün alimentdən imtina etmişdir. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büir. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə Ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Cavabdeh Maraqlı şəxs tərəfindən Ərizəçi Vidadadi qızı ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı tərəf Maraqlı şəxs arasında 27 mart 2017-ci ildə “3 saylı Bakı ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində bağlanmış nikahlarının pozulması və xx.xx.2017ci ildə doğulmuş Ömər adlı uşağının onun himayəsində qalmasının müəyyən edilməsi barədə 23 may 2023-cü il tarixli MŞC/1/00556 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağlanmış Barışıq sazişi təsdiq edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar