Məhkəmə qərarları › İş №2(020)-1281/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1281/2023

16.06.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1281/2023 16.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxslər “KOOPERATOR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ və BEYLƏQAN RAYONU BEYLƏQAN BƏLƏDİYYƏSİ tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1,26 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3416,36 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs (Doğulduğu tarix - xx xxxxxx 1959-cu il, Doğulduğu yer - AZƏRBAYCAN, JDANOV; DÜNYAMALİLAR K., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin vəkalətli nümayəndəsi Nümayəndə ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN (VÖEN: **********) dövlət büdcəsinə 1,26 manat məbləğində (o cümlədən, faizlər üzrə 1,24 manat, maliyyə sanksiyası üzrə, 02 manat) BEYLƏQAN RAYONU BEYLƏQAN BƏLƏDİYYƏSİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3416,36 manat, İşsizlikdən sığorta fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat olmaqla, ümumilikdə 3417,62 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli ******************.01.2023-cü il tarixli **********339800, xx.xx.2023-cü il tarixli **********622000, xx.xx.2023-cü il tarixli **********811200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan poşt xəbərnaməsindən görünür ki, maraqlı tərəf Maraqlı şəxs məhkəmə bildirişini xəbətnaməyə şəxsən imza etməklə almışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı tərəf gəlmədiyindən, onun iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan məlumatdan görünür ki, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanlarının rəhbəri Quliyev X1 şəhəri S.İmrəliyev pr ev 70 ünvanında yaşayır. İşdə olan şəxsi hesab vərəqələrindən görünür ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN (VÖEN: **********) dövlət büdcəsinə 1,26 manat məbləğində (o cümlədən, faizlər üzrə 1,24 manat, maliyyə sanksiyası üzrə, 02 manat) BEYLƏQAN RAYONU BEYLƏQAN BƏLƏDİYYƏSİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3416,36 manat, İşsizlikdən sığorta fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat olmaqla, ümumilikdə 3417,62 manat borcu vardır. İşdə olan bildirişdən görünür ki, vergi ödəyicisi olan “KOOPERATOR" MMC-yə və BEYLƏQAN RAYONU Beyləqan Bələdiyyəsinə borcunun ödənilməsi barədə rəsmi xəbərdarlıq göndərilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcimdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüququ şəxslərin icra orqanın rəhbərinin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüququ şəxslərin icra orqanın rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Vergi Məcəlləsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri və digər məcburi ödənişləri ödəmək vergi ödəmək geri ödəyicisinin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetrilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetrilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməlidir.Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamsından aslı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüququ şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası MPM-nin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, vergi ödəyicisi “KOOPERATOR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ və BEYLƏQAN RAYONU BEYLƏQAN BƏLƏDİYYƏSİNİN rəhbəri olan Maraqlı şəxs vergi borclarının ödənilməsini təmin etmək məqsədi ilə ölkədən getmək hüququ müvvəqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Hüquqi şəxslər “KOOPERATOR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ və BEYLƏQAN RAYONU BEYLƏQAN BƏLƏDİYYƏSİ tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1,26 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3416,36 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs (Doğulduğu tarix - xx xxxxxx 1959-cu il, Doğulduğu yer - AZƏRBAYCAN, JDANOV; DÜNYAMALİLAR K., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Dövlət rüsumuna görə 100 (yüz) manat pul Maraqlı şəxs alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsinin surətini rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar