Məhkəmə qərarları › İş №2(020)-1320/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1320/2023

07.07.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1320/2023 07.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək maraqlı tərəf Maraqlı şəxs arasında 06 may 2020-ci il tarixdə Beyləqan rayonu Yuxarı Aran kənd icra nümayəndəliyində bağlanmış nikahlarının pozulması, xx.xx.2020-ci ildə anadan olan Güleyşə adlı uşağın onun qanında qalmasının müəyyən edilməsi barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış 07 iyun 2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinin onunla əsaslandırmışdır ki, maraqlı tərəf Maraqlı şəxs ilə ailə quraraq, nikahlarını 06 may 2020-ci il tarixdə Beyləqan rayonu Yuxarı Aran kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2020-ci ildə Güleyşə adlı uşaqları olmuşdur. Maraqlı tərəf ailə münasibətləri tamamilə kəsilmiş, ümumi təsərrüfatı birgə idarə etmirlər. Maraqlı tərəf bir ailədə yaşamaq mümkün deyildir, nikahları formal xarakter daşıyır. O, mediyasiya şurasına nikahın pozulması ilə bağlı müraciət etmişdir. Maraqlı tərəflə nikahın pozulmasına və uşağın onun himasində qalınmasına və aliment istəməsi barədə razılaşmışlar. Mediatorun iştirakı ilə aralarında barışıq sazişi bağlanmışdır. Maraqlı tərəflə aralarında bağlanmış nikah barışıq üçün vaxt verilmədən və nikahın pozulmasının səbəbləri araşdırılmadan ləğv edilməsində israrlıdır. Odur ki, maraqlı tərəf Maraqlı şəxs arasında 06 may 2020-ci il tarixdə Beyləqan rayonu Yuxarı Aran kənd icra nümayəndəliyində bağlanmış nikahlarının pozulması, xx.xx.2020-ci ildə anadan olan Güleyşə adlı uşağın onun qanında qalmasının müəyyən edilməsi barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış 07 iyun 2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı tərəf Maraqlı şəxs iddianı qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə aralarında 06 may 2020-ci il tarixdə Beyləqan rayonu Yuxarı Aran kənd icra nümayəndəliyində bağlanmış nikahlarının pozulması, xx.xx.2020-ci ildə anadan olan Güleyşə adlı uşağın ərizəçinin yanında qanında qalmasının müəyyən edilməsi barədə mediasiya şurasında bağlanmış 07 iyun 2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını etirazı yoxdur. Ərzənin təmin edilməsini xahiş etdi. Мəhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs nikahlarını 06 may 2020-ci il tarixdə Beyləqan rayonu Yuxarı Aran kənd icra nümayəndəliyində qeydə aldırmışlar. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə Güleyşə adlı uşaqları anadan olmuşdur. Ərizəçi ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş 07 iyun 2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 06 may 2020-ci il tarixdə Beyləqan rayonu Yuxarı Aran kənd icra nümayəndəliyində bağlanmış nikahlarının pozulması və xx.xx.2020-ci ildə doğulmuş Güleyşə adlı uşağın Ərizəçi Yadiar oğlunun himayəsində qalmasının müəyyən edilməsinə razılaşmışlar. Ərizəçi uşağın saxlanması üçün alimentdən imtina etmişdir. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büir. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş 07 iyun 2023-cü il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə biər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə Ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə maraqlı tərəf tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış 07 iyun 2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı tərəf Maraqlı şəxs arasında 06 may 2020-ci il tarixdə Beyləqan rayonu Yuxarı Aran kənd icra nümayəndəliyində bağlanmış nikahın pozulması və xx.xx.2020-ci ildə anadan olan Güleyşə adlı uşağın Ərizəçi yanında qalmasının müəyyən edilməsi barədə 07 iyun 2023-cü il tarixli X1 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar