Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-24/2024 27.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri qanuni tikilmiş 2-ci mərtəbənin sökülməsi, maneəçiliyin aradan qaldırılması və ziyan pulu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qeyri-yaşayış binasının üzərində tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş 2-ci mərtəbənin cavabdehlərin hesabına sökülməsi, 2000 manat vurulmuş ziyanın alınıb ona verilməsi və qeyri-qanuni müdaxilənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********98-06301 olan, xx.xx.2016-cı il tarixli Çıxarış və Texniki pasportla 29.82 kv metr və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********99-06301 olan, xx.xx.2016-cı il tarixli Çıxarış və Texniki pasportla 35.62 kv metr Beyləqan şəhəri Heydər Əliyev prospektində yerləşən qeyri yaşayış binaları vardır. Həmin binalar onun tam mülkiyyətindədir. Qeyri yaşayış binasının biri çayxana kimi fəaliyyət göstərir. İki binanın arasında cavabdehlərində obyekti yerləşir. Obyektlər hamısı bir mərtəbədən ibarət sıra ilə yanaşı yerləşirlər. Cavabdehlərin heç bir sənədi olmadan həmin köhnə tikililərinin üzərində ona məxsus hasarın üzərindən istifadə etməklə ona məxsus milləri kəsməklə və şiferi qırıb dağıtmaqla standartlara uyğun olmadan özbaşına tikinti aparmışdır. Cavabdehlər onun obyektinin divarları üzərində tikinti aparmaqla hasarını məhv etmişlər. Şəhərsalma haqqında qanuna əsasən hər bir obyektin özünün hasarı, divarı olmalıdır. Cavabdehlər onun divarının üzərində tikinti aparmasının nəticəsində yağan yağış, qar onun binasının içərisinə axır, binalarının təmirini məhv edir, binalarda nəmişlik yaratmış və təmir xarab olmuşdur. Nəticədə ona 2000 manat vurulmuş ziyan dəymişdir. O, bir il 6 ay müddətdir ki, obyektlərindən istifadə edə bilmir. Ona görə də cavabdehlər Cavabdeh1 və X3 tərəfindən qeyri-yaşayış binasının üzərində tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş 2-ci mərtəbənin cavabdehlərin hesabına sökülməsi, 2000 manat vurulmuş ziyanın alınıb ona verilməsi və qeyri-qanuni müdaxilənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İşdə olan poçt xəbərnamələrindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlərin qeydiyyatda olduğu ünvanda ailə üzvü tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə əsasən Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər tərəfindən almışdır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir Hazırda məhkəmə tərəfindən göndərilən bildirişlər cavabdehlərin qeydiyyatda olduğu ünvanda ailə üzvü tərəfindən qəbul edildiyindən məhkəmə bildirişi ona çatdırılmış hesab edilir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər gəlmədiklərinə görə məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan çıxarışlardan görünür ki, İddiaçı mülkiyyətinə Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********98-06301 olan, xx.xx.2016-cı il tarixli Çıxarış və Texniki pasportla 29.82 kv metr və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********99-06301 olan, xx.xx.2016-cı il tarixli Çıxarış və Texniki pasportla 35.62 kv metr Beyləqan şəhəri, H.Əliyev prospektində qeyri yaşayış binalar verilmişdir. İddiaçı mübahisəyə obyektiv qiymət verilməsi üçün iş üzrə kompleks məhkəmə mühəndis-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. İddiaçının vəsatətinə əsasən iş üzrə məhkəmənin 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə kompleks məhkəmə mühəndis-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli 10/1377 saylı ekspertiza rəyindən görünür ki, Beyləqan şəhəri Heydər Əliyev prospektində yerləşən İddiaçı məxsus Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* saylı, reyestr nömrəsi**********98-06301 olan, xx.xx.2016-cı il tarixli Çıxarış və Texniki pasportla 29.82 kv.metr və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********99-06301 olan, 11,08.2016-cı il tarixli Çıxarış və Texniki pasportala 35.62 kv.metr olan qeyri yaşayış binalarının arasında, iddiaçıya məxsus tikililərə bitişik formada tikili inşa edilmişdir. Həmin tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd mülki iş materialında aşkar edilməmişdir. Cavabdehlər tərəfindən inşa edilmiş tikili, iddiaçının tikililərinin divarına bitişik inşa edildiyindən ara məsafəsi saxlanılmamışdır. Bu səbəbdən cavabdehin tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin bəndləri pozulmuşdur. Tikiliyə dəymiş ziyanın müəyyən edilməsi, tikinti konstruktoru tərəfindən iddiaçının tikilisində yaranmış qüsurların səbəbi müəyyən edildikdən sonra hesablana bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mülkiyyətinə Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********98-06301 olan, xx.xx.2016-cı il tarixli Çıxarış və Texniki pasportla 29.82 kv metr və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********99-06301 olan, xx.xx.2016-cı il tarixli Çıxarış və Texniki pasportla 35.62 kv metr Beyləqan şəhəri Heydər Əliyev prospektində qeyri yaşayış binalar verilmişdir. İddiaçı məxsus Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* saylı, reyestr nömrəsi**********98-06301 olan, xx.xx.2016-cı il tarixli Çıxarış və Texniki pasportla 29.82 kv.metr və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********99- 06301 olan, xx.xx.2016-cı il tarixli Çıxarış və Texniki pasportala 35.62 kv.metr olan qeyri yaşayış binalarının arasında, iddiaçıya məxsus tikililərə bitişik formada tikili inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1 -ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 176.1 -ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüquqi həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməli« Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bül ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsiri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxun hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəs təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikintin əqsədləri ayrılmayan torpaq sahəsində bə ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəl edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəs mülkiyyət hüququ var. Mülkiyyət hüququ qanunla qorunur, o, cümlədən xüsusi mülkiyy hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus qeyri yaşayış binalarının üzərində tikinti normalarına və qaydalarına riayət olunmadan tikilmiş tikilinin 2-ci mərtəbəsi cavabdehlərin hesabına sökülməli və cavabdehlər tərəfindən törədilən qeyri-qanuni müdaxilə aradan qaldırılmalıdır. İddiaçı cavabdehlərin onun divarının üzərində tikinti aparmasının nəticəsində yağan yağış, qar onun binasının içərisinə axması, binalarının təmirini məhv etməsi, binalarda nəmişlik yaratması nəticəsində ona 2000 manat ziyan dəyməsini qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan şəhəri, H.Əliyev prospektində yerləşən İddiaçı məxsus Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* saylı, reyestr nömrəsi**********98-06301 olan, xx.xx.2016-cı il tarixli Çıxarış və Texniki pasportla 29.82 kv.metr və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********99-06301 olan, 11,08.2016-cı il tarixli Çıxarış və Texniki pasportala 35.62 kv.metr olan qeyri yaşayış binalarının arasında, iddiaçıya məxsus tikililərə bitişik formada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilmiş tikinin 2-ci mərtəbəsi cavabdehlərin hesabına sökülsün və iddiaçıya törədilən müdaxilə aradan qaldırılsın. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-24/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-24/2024
27.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qanunsuz tikilinin sökülməsi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver