Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-757/2023 03.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi- İddiaçı, Maraqlı tərəf Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı tərəf Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsinə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1996-ci il tarixdə Beyləqan rayon Bünyadlı kənd icra nümayəndəliyində bağlanmış nikahlarının pozulması barədə Cavabdeh ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.1996-ci il tarixdə rəsmi nikaha girərək nikahlarını Beyləqan rayon Bünyadlı kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından uşaqları doğulmamışdır. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsada sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Onlar faktiki olaraq 26 ildir ki, ayrılmışlar. Hər ikisi ikinci dəfə ailə qurmuşlar, səhlənkarlıqdan rəsmi olaraq boşanmamışlar. Odur ki, xx.xx.1996-ci il tarixdə Beyləqan rayon Bünyadlı kənd icra nümayəndəliyində bağlanmış nikahlarının pozulması barədə Cavabdeh ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Cavabdeh ərizəni qəbul etdi və izahatında göstərdi ki, İddiaçı ilə xx.xx.1996-ci il tarixdə nikahlarını Beyləqan rayon Bünyadlı kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından uşaqları doğulmamışdır. Ərizəçi ilə faktiki olaraq 26 ildir ki, ayrılmışlar. Hər ikisi ikinci dəfə ailə qurmuşlar. İddiaçı xx.xx.1996-ci il tarixdə Beyləqan rayon Bünyadlı kənd icra nümayəndəliyində bağlanmış nikahlarının pozulması barədə mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını etirazı yoxdur. Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.1996-ci il tarixdə Beyləqan rayon Bünyadlı kənd icra nümayəndəliyində qeydə aldırmışlar. Cavabdeh ("Birinci tərəf") və İddiaçı("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, Cavabdeh ilə xx.xx.1996-ci il tarixdə Beyləqan rayon Bünyadlı kənd icra nümayəndəliyində bağlanmış nikahın pozulmasına razılaşmışlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büir. Cavabdeh və İddiaçı arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə Ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Cavabdeh tərəfindən Ərizəçi İddiaçı ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı tərəf Cavabdeh arasında xx.xx.1996-ci il tarixdə Beyləqan rayon Bünyadlı kənd icra nümayəndəliyində bağlanmış nikahlarının pozulması barədə Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi təsdiq edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-757/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-757/2023
03.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver