Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-84/2024 25.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı3 və İddiaçı2, İddiaçı və digər iddiaçılar İddiaçı4 və İddiaçı5 vəkalətli nümayəndəsi- İddiaçı1, Cavabdeh- Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması və maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 Cavabdeh qarşı onun və ailə üzvlərinin mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 165 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışla verilmiş 5.0854 ha torpaq sahəsinin zəbt olunan 1.40 hektarından məcburi qaydada çıxarılması və Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair məhkəmədə iddia qaldırmışlar. Məhkəmə iclasında iddiaçı və digər iddiaçılar İddiaçı4 və İddiaçı5 vəkalətli nümayəndəsi İddiaçı1 iddia tələbini əsaslandıraraq izahatında göstərdi ki, o, ailə üzvlərilə birlikdə Beyləqan rayonu Türklər qəsəbəsində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayırlar. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 nömrəli qərarı ilə ona və ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun Türklər qəsəbəsi ərazisində yerləşən çöl torpaq sahələrindən 5.0854 hektar kənd təsərüffatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 165 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi islahatdan sonra onların istifadəsində olmuş və torpağı əkərək qazanc əldə edərək ailəsini dolandırımışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək mülkiyyətimizdə olan torpaq sahəsinə Çıxarış alan zaman ona məlum olmuşdur ki, islahat zamanı dövlət tərəfindən ailə üzvlərinə verilən 5.0854 ha torpaq sahəsinin faktiki olaraq 1.40 hektarı onlarla torpaq sahəsi qonşusu olan kənd sakini Cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunur. Onlar tam əmin olmaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödəniş edərək istifadələrində olan torpaq sahəsini öldürmüş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları istifadəsində olan torpaq sahəsinin 1.30 hektar az olduğunu onlara bildirmişlər. Həmkəndlisi Cavabdeh dəfələrlə onlara məxsus torpaq sahəsindən könüllü olaraq çıxmasını tələb etsələr də cabadeh öz qanunsuz hərəkətlərinə davam edərək qanuni olaraq çıxarışla onlara məxsus olan torpaq sahəsindən könüllü olaraq çıxmaqdan imtina edir. O, cavabdehə dəfələrlə qeyri-qanuni zəbt etdiyi torpağını geri qaytarmağı bildirsədə o, ona əhəmiyyət verməyərək öz qanunsuz əməllərinə davam etdirmişdir. Hazırda cavabdeh onlara məxsus olan torpaq sahəsindən zəbt etdiyi 1.40 hektar torpaq sahəsini boşaltmaqdan imtina edir. Belə ki, qeyri-qanuni olaraq ailə üzvlərinə məxsus çöl torpaq sahəsini zəbt edir və həmin torpaqdan istifadə etməklə yanaşı qazanc əldə edir.Ona görə də, o, Cavabdeh qarşı onun və ailə üzvlərinin mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 165 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışla verilmiş 5.0854 ha torpaq sahəsinin zəbt olunan 1.40 hektarından məcburi qaydada çıxarılması və Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı3 eyni məzminlu izahat verərək iddianı müdafiə etdilər və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********82, Qeydiyyat nömrəsi ********** , Qeydiyyat tarixi 28. 12.2022-ci il tarixli çıxarışa əsasən Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən 5.6798 ha torpaq sahəsi X6 , Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01,02.2023-ci il tarixli çıxarışa əsasən X4 mülkiyyətinə 0.36 ha torpaq sahəsi verilmişdir. O, reyestrlə verilən sənəddə olan yerindən istifadə edir. İddiaçıların torpaq sahəsini zəbt etməmişdir. Həmin yer dövlət tərəfindən ona verilmişdir. Ona görə qanunu qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrində Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən 5.0854 ha torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********82, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi 28. 12.2022-ci il tarixli çıxarışa əsasən Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən 5.6798 ha torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01,02.2023-ci il tarixli çıxarışa əsasən X4 mülkiyyətinə 0.36 ha torpaq sahəsi verilmişdir. İş üzrə İddiaçı2 vəsatəti əsasında məhkəmənin 28 dekabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 may 2024-cü il tarixli, 3-16-16/2-10/906 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrində Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətə verilmiş olan 5.0854 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi ********** , Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətə verilmiş olan 5.0854 ha torpaq sahəsinin 1.30 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh təqdim etdiyi Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən X9 məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********82, Qeydiyyat nömrəsi ********** , Qeydiyyat tarixi 28. 12.2022-ci il tarixli çıxarışa əsasən verilmiş olan 5.6798 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh təqdim etdiyi Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən X7 məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01,02.2023-ci il tarixli çıxarışa əsasən mülkiyyətə verilmiş olan 0.36 ha torpaq sahəsinin də sərhədləri naturada müəyyən edilmişdir. Reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01,02.2023-ci il tarixli çıxarışa əsasən X7 məxsus 0.36 ha (JN 273 saylı Dövlət aktı əsasında verilmiş) torpaq sahəsinin X2 X3 (TEKUİS-də) qeyd edilən koordinatlara uyğun olaraq sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh təqdim etdiyi sənədlərə əsasən X9 məxsus 5.6798 ha torpaq sahəsi və X7 məxsus 0.36 ha torpaq sahəsi ilə iddaçı İddiaçı1 və ailə üzvlərinə məxsus 5.0854 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. İddiaçı1 və Cavabdeh arasında olan mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi olan ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2000-ci tərtib olunmuş Beyləqan rayonu Türklər qəsəbəsinin kompleks yerquruluşu layihəsinə əsasən 66 saylı çevrədə 81.15 ha pay torpaq sahəsi qeyd olunsa da, naturada faktiki olaraq 75.09 ha pay torpaq sahəsi mövcuddur. Odur ki, qeyd olunan ərazidə 6.06 ha pay torpaq sahəsi çatışmır. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrində Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən 5.0854 ha torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətə verilmiş olan 5.0854 ha torpaq sahəsinin 1.30 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin fakt iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə də sübuta yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Əzimov X5 rayonunun Türklər qəsəbəsində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətə verilmiş olan 5.0854 ha torpaq sahəsinin zəbt etdiyi 1.30 ha hissəsindən çıxarılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Əzimov X5 rayonunun Türklər qəsəbəsində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətlərin verilmiş olan 5.0854 ha torpaq sahəsininzəbt etdiyi 1.30 ha hissəsindən çıxarılsın. Həmin torpaq sahəsi ilə bağlı İddiaçı1 və ailə üzvləri İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 aid edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-84/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-84/2024
25.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver