Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-975/2025 08.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Maraqlı şəxs- Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 14 fevral 2015-cı ildə İlay adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin tutularaq ona verilməsi barədə cavabdehlə aralarında bağlanmış 14 fevral 2025-ci il tarixli barışıq sazişini məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə gəlməmiş, məhkəməyə teleqrama göndərərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, X3 ilə birgə nikahlarından 14 fevral 2015-ci ildə İlay adlı uşaqları anadan olmuşdur. İlham Mirzəyevlə xasiyyətləri uyğun gəlmədiyindən məhkəmə qaydasında ayrılmışlar. Hazırda uşağı ilə birgə valideyinlərinin yanında yaşayır. İ.Mirzəyev uşağın saxlanmasında ona köməklik etmir. O, Mediasiya Şurasına alimentlə bağlı müraciət etmiş, X2 atası ilə aralarında bir uşağa görə 200 manat aliment verəcəyi barədə razılığa gəlmişlər. Belə ki, maraqlı şəxs həmin məbləğin verilməsində çətinlik çəkməyəcəkdir. Mediatorun iştirakı ilə aralarında barışıq sazişi bağlanmışdır. Hazırda keçmiş əri İlham Mirzəyev həbs edildiyindən alimet ödəmir. Ona görədə İlhamın atası Maraqlı şəxslə barışıq sazişi bağlamışdır. Maraqlı şəxs ilə mediasiya şurasında 14 fevral 2025-ci il tarixli barışıq sazişi bağlasalar da alimenti vermir. Ona görə də, 14 fevral 2015-cı ildə İlay adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin tutularaq ona verilməsi barədə cavabdehlə aralarında bağlanmış 14 fevral 2025-ci il tarixli barışıq sazişini məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs iddianı qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə oğlu İlham Mirzəyevin birgə nikahlarından 14 fevral 2015-ci il tarixdə İlay adlı uşaqları olmuşdur. Oğlu İlham hazırda həbsdədir. Oğlunun Aygündə 50 manatlıq kartı vardır. Bundan əlavə o, uşağa 150 manat aliment verməyə razıdır. Bu barədə ərizəçi ilə razılığa gəlmişlər. Ona görə də ərizənin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, maraqlı şəxsin izahatını dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X4 xx.xx.2015-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Ərizəçi ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, xx.xx.2015-ci ildə doğulmuş İlay adlı nəvəsi üçün aliment tələbini tərəflər aralarında razılaşaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat məbləğində alimenti 01,02.2025-ci il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək birinci tərəf Ərizəçi ödəyəcəyini ikinci tərəf Maraqlı şəxs öz öhdəsinə götürmüşdür. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14 fevral 2015-ci ildə anadan olmuş İlay adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə 14 fevral 2025-ci il tarixli, MŞC/1/00125 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 100 (yüz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-975/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-975/2025
08.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver