Məhkəmə qərarları › İş №2(021)-1010/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1010/2021

01.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1010/2021 01.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddaçı Qarayev Nəbi Əmir oğlunun, Cavabdeh X1 iştirakı ilə , İddiaçı Əmir oğlunun cavabdeh Cavabdeh Müseyib oğluna qarşı “qonşuluq hüququnun pozulması, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması və həyətə keçid qapısının, tövlə pəncərəsinin bağlanması və kanalizasiya quyusunun doldurulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 03 mart 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Əmir oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh Müseyib oğluna qarşı “qonşuluq hüququnun pozulması, cavabdehin qeyriqanuni hərəkətlərinə son qoyulması və həyətə keçid qapısının, tövlə pəncərəsinin bağlanması və kanalizasiya quyusunun doldurulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İdddiaçı İddiaçı Əmir oğlu məhkəməyə ərizə verərək cavabdehlə barışaraq münasibəətlərini bərpa etdiklərini göstərərək mülki işin baxılmamış saxlanaraq sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh Müseyib oğlu məhkəməyə ərizə verərək işin baxılmamış saxlanılmasına etirazı olmaadığınnı bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Əmir oğlunun cavabdeh Cavabdeh Müseyib oğluna qarşı “qonşuluq hüququnun pozulması, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması və həyətə keçid qapısının, tövlə pəncərəsinin bağlanması və kanalizasiya quyusunun doldurulması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar