Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1012/2021 11.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Valeh oğlunun və Ərizəçi4 oğlunun iştirakları ilə, Ərizəçilər Cəbrayılov Valeh Əli oğlu, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Dilqəm qızı, Əlizadə Azad Valeh oğlu, Ərizəçi4 Valeh oğlu ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair KOD 610200** JN ***9 saylı Dövlət aktında qeyd olunmuş mülkiyyətçi “Cəbrayılov Azad Valeh oğluna münasibətdə Ərizəçi3” və “X4 münasibətdə Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 Əli oğlu, Ərizəçi2, Ərizəçi3 Valeh oğlu və Ərizəçi4 ərizələrini onunla əsaslandırmışlar ki, onlara Bərdə rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997ci il tarixli qərarı ilə 2,59 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair KOD 610200** JN ***9 saylı Dövlət aktı verilmiş və həmin torpaq sahəsi hazırda onların mülkiyyətlərindədir. Buna baxmayaraq onlara dövlət aktı verilərkən səhvən dövlət aktında Ərizəçi3 soyadı “Əlizadə” əvəzinə “Cəbrayılov”, Ərizəçi4 soyadı “Əlizadə” əvəzinə “Cəbrayılov” kimi yazılmışdır. Onlar bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsinə müraciət etmələrinə baxmayaraq orada onlara məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Onlar da məcbur olub ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, X2, Ərizəçi3 Valeh oğlu, Ərizəçi4 ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-0069 KOD 61020028 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən Bərdə rayonu Qazaxlar kənd sakinləri Ərizəçi1 oğlunun, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 mülkiyyətinə 2, 59 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********24 nömrəli 05.02.2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi3 Valeh oğlu JN- 0069 saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-0069 KOD 61020028 saylı Dövlət aktının Cəbrayılov Valeh Əli oğluna, Ərizəçi2 Dilqəm qızına, Ərizəçi3 Valeh oğluna, Ərizəçi4 oğluna məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Ərizəçi1, Ərizəçi2, X5, X3 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0069 KOD 61020028 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Cəbrayılov Valeh Əli oğlunun, Ərizəçi2 Dilqəm qızının, Ərizəçi3 Valeh oğlunun, Ərizəçi4 oğlunun adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0069 KOD 61020028 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «11» mart 2021-ci il № 2(021)-1012/2021 Cəbrayılov Valeh Əli oğluna Ərizəçi2 qızına Əlizadə Azad Valeh oğluna Əlizadə Asiman Valeh oğluna Bərdə rayonu, Qazaxlar kəndi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə Bərdə şəhəri, H.Əliyev prospekti 357 Bərdə Rayon Məhkəməsinin 2(021)-1012/2021 saylı 11 mart 2021-ci il tarixli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti “02” vərəqə. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1012/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1012/2021
11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver