Məhkəmə qərarları › İş №2(021)-1048/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1048/2021

16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1048/2021 16.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev İddiaçı Bərdə rayonu Seyid Yusifli kəndində yaşayan İddiaçı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı rayon məhkəməsinə ünvanladığı ərizəsində cinayət işi üzrə hökm çıxarılarkən təqsirləndirilən şəxs Cavabdeh onun xeyrinə bilavasitə cinayət qanuni ilə nəzərdə tutulmuş əməllə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması səbəbindən ona məxsus “Huindai Elantra” minik markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan olmaqla, 19937 manat və dövlət rüsumu üçün ödədiyi 30 manat miqdarında pul vəsaitinin ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək sənədlərin özünə qaytarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı pul tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçı pul tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar