Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1071/2021 18.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədov İddiaçı Bərdə rayonu, Yeni Əyricə kəndində yaşayan X1 “döyüşlərdə iştirak etmə faktının təsdiqi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edilmiş, ərizə xüsusi iddia icraatı qaydasında verilməli, ərizəçi, maraqlı şəxs qeyd edilməli olduğu halda, iddiaçı və cavabdeh kimi göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən iddiaçı X1 “düşlərdə iştirak etmə faktının təsdiqi” tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM İddiaçı X1 “döyüşlərdə iştirak etmə faktının təsdiqi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1071/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1071/2021
18.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver