Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1081/2021 04.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı alimet tələbinə dair iddia qaldıraraq birgə nikahdan anadan olmuş övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 170 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçı İddiaçı məhkəməyə ərizə göndərərək cavabdehlə barışdığını və buna görə də iddiasına baxılmadan sənədlərini özünə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1081/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1081/2021
04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver