Məhkəmə qərarları › İş №2(021)-1085/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1085/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1085/2021 04.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Çingiz oğlunun iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması ” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərinin qaytarılmasını xahiş etdi. Cavabdeh Çingiz oğlu məhkəmə iclasında ərizənin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. Məhkəmə mülki işin materialları və ərizəni nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə əsasən iddiaçıya qaytarılmalıdır. MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1,261.0.3 və 261.0.6,—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. MPM-in 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması ” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170-ci ,263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması ” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar