Məhkəmə qərarları › İş №2(021)-1133/2021

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-1133/2021

24.02.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-1133/2021 24.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədov, Bərdə şəhəri, Babək küçəsi ev 37-də yaşayan ərizəçi Tələbkar Bərdə şəhəri, ünvan 1-də yaşayan borclu Əbdüləzimov Elpərəst Raqif oğluna qarşı alimentin alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM Ərizəçi Tələbkar Əli qızı məhkəməyə ərizə verərək xx xxxxxx 1990-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri ünvan 1 ünvanında yaşayan Əbdüləzimov Elpərəst Raqif oğlundan hər ay hər uşağın saxlanılması üçün aliment tutulub onun xeyrinə verilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Əbdüləzimov Elpərəst Raqif oğlu ilə 2016-cı il tarixdə qeyri-rəsmi ailə həyatı qurub evlənmişlər. Birgə yaşayış dövründə 15 iyul 2019-cu ildə X6 adlı bir uşaqları anadan olmuşdur. Onlar aralarında olan narazılıqlara görə 2020-ci ilin yanvar ayından ayrı yaşayırlar. Həmin vaxtdan uşaq onun himayəsində yaşayır. O heç bir yerdə işləmir, maddi vəziyyəti pisdir. Əbdüləzimov Elpərəst Raqif oğlu könüllü olaraq əlavə heç bir maddi yardım və ya köməklik etmir, özü isə uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. Respublikada hər şeyin qiyməti artır və tələbat çoxalır. Əbdüləzimov Elpərəst Raqif oğlunun maddi imkanı olduqca yaxşıdır, hər ay aliment ödəyə bilər. Əbdüləzimov Elpərəst Raqif oğlu xx xxxxxx 1990-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri, ünvan 2 ünvanda yaşayır. Onun hər ay bir uşağın saxlanılması üçün aliment ödəməyə imkanı var. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 yanvar 2020-ci il tarixli, AZ-412902 nömrəli doğum haqqında şəhadətnamənin surətindən və Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 yanvar 2020-ci il tarixli, AZ-İ 392693 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə faktiki nikahlarından 15 iyul 2019-cu ildə X6 adlı uşağı anadan olmuşdur. 15 iyul 2019-cu il təvəllüdlü X3 atası Əbdüləzimov Elpərəst Raqif oğlu, anası Tələbkardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlərdən uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Belə hesab edirəm ki, Əbdüləzimov Elpərəst Raqif oğlu könüllü olaraq uşağına maddi yardım göstərmədiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən uşaqların saxlanılması üçün ondan aliment tutulub X10 verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2 və 276.2.4-cü maddələrinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Əbdüləzimov Elpərəst Raqif oğlunun qazancın (başqa gəlirlərin) ikidə bir hissəsi miqdarında aliment tutulub X10 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq ƏMR EDİRƏM xx xxxxxx 1990-cu ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri, Babək küçəsi ev 4-də yaşayan Əbdüləzimov Elpərəst Raqif oğlundan 15 iyul 2019-cu ildə anadan olmuş Əbdüləzimova Həvva qızının saxlanılması üçün Tələbkar xeyrinə uşağın yetkinlik yaşına çatana kimi 22 fevral 2021-ci ildən başlayaraq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar