Məhkəmə qərarları › İş №2(021)-1176/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1176/2021

29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1176/2021 29.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X9 oğlunun iclas katibliyi ilə, İddiaçı Sahib qızının Cavabdeh oğluna qarşı “üç uşağın saxlanılması üçün aliment ” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İddiaçı Sahib qızı iddia ərizəsi ilə məhkəməyə müraciət eədərk, cavabdehdən onun xeyrinə 13.08.2013-cü il təvəllüdlü X2, 26.07.2014-cü il təvəllüdlü X4, 12.03.2019-cu il təvəllüdlü İsmayılzadə Əmiray Mətləb oğlunun saxlanılması onun xeyrinə hər ay hər uşaq üçün 250 manat alimentin saxlanılması, 12.03.2019-cu il tarixdə anadan olmuş X3 üç yaşına çatana kimi hər birinə görə 50 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasına çağırılmalarına baxmayaraq gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. İddiaçıya həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 259.0.6, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı İddiaçı Sahib qızının Cavabdeh oğluna qarşı “üç uşağın saxlanılması üçün aliment ” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Sahib qızına yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar