Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1185/2021 22.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Yusib oğlunun iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bacısı Ələsgərova (Abbasova) Elza Yusib qızının 12 sentyabr 2020-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Müseyib oğlu ərizəsini onunla əsaslandırmışdır ki, 17 may 1960-cı il tarixdə Bərdə rayonu, Gərənə kəndində anadan olmuş bacısı Ələsgərova (Abbasova) Elza Yusib qızının 12 sentyabr 2020-ci ildə Bərdə rayonu Gərənə kəndində vəfat etmişdir. Onu Gərənə kənd qəbristanlığında dəfn etmişlər, baş qarışıq olduğundan ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda isə basıcının ölüm şəhadətnaməsinə bəzi sənədlərin düzəldilməsi ilə əlaqədar ehtiyacı var. Bu səbəbdəndə onlar Bərdə rayon Qeydiyyat Şöbbəsinə ölüm haqında şəhadətnamənin verilmədi üçün müraciət etmişlər, lakin ölümdən uzun müddət keçdiyi üçün Qeydiyyat Şöbəsi həmin şəhadətnaməni verməkdən imtina edərək, məhkəməyə müraciət etməli olduqlarını bildirmişlər. Məhkəmə iclasında ərizəsçi Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında izahatında şahid qismində dindirilmiş X3 göstəri ki, ərizəçi Ərizəçi Yusif oğlu onun atasıdır, mərhum Ələsgərova Elza isə bibisi olub, bibisi 12 sentyabr 2020-ci ildə vəfat edib, onu Bərdə Rayonu Gərənə kənd qəbristanlığında dəfn ediblər. Məhkəmə iclasında izahatında şahid Nəsirov Duman Nağdalı oğlu şahid X1 izahatına uyğun eyni məzmunlu izahat verdilər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə rayonu Güloğlular kəndi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 317 nömrəli, 13 fevral 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi Yusif oğlu Bərdə rayonu, Gərənə kəndində yaşayır. İş materiallarında olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Yusif oğlu 10 iyul 1969-cu ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu Güloğlular kəndi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 316 nömrəli, 13 fevral 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Abbasova (Ələsgərova ) Elza Yusib qızı 12 sentyabr 2020-ci il tarixdə Bərdə rayonu Gərənə kəndində vəfat etmiş və Gərənə kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 19 fevral 2021-ci il tarixli, 126-05/15 nömrəli məltubundan müəyyən olunur ki, Ərizəçi Yusib oğlunun bacısı Ələsgərova (Abbasova) Elza Yusib qızına ölüm haqqında şəhadətnamə almaq üçün müraciətinə məhkəməyə mütaciət etməli olduğu məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X2 doğum aktı qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçi üçün müvafiq sənədlərin əldə edilməsi üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. 17 may 1960-cı ildə doğulmuş Ələsgərova (Abbasova) Elza Yusib qızının 12 sentyabr 2020ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1185/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1185/2021
22.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver