Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1190/2021 20.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 20 iyul 2016-cı il tarixdə Bərdə şəhərində anadan olmuş Məmmədova Gülay Əvəz qızının və 17 iyul 2017-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X5 doğum faktının müəyyən olunması, atası Məmmədov Əvəz Məmməd oğlu, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Abbas qızı ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X9 ilə 2012-ci il tarixdə qeyri-rəsmi ailə qurub evlənmiş, nikahlarını 14 may 2019-cu il tarixdə rəsmiləşdirmişlər, birgə nikahlarından iki övladları anadan olmuşdur. Lakin başa düşməməzlikdən 20 iyul 2016-cı il tarixdə Bərdə şəhərində anadan olumş Məmmədova Gülay əvəz qızına və 17 iyul 2017-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X6 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər, övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müracitə etsələr də, orda məhkəməyə müraciət etmələrini bildiriblər. Məhkəmə iclasında ərizəçi Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən Məmmədov Əvəz Məmməd oğlu bildirmidir ki, Ərizəçi arvadıdır, əvvəlcə 2012-ci ildə qeyri rəsmi, 14 may 2019-cu ildə isə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər, birgə nikahlarında iki qız övladları olmuşdur, lakin bilmədiklərindən doğum haqqında şəhadətnamə almamışlar, indi isə doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişlər, orada isə məhkəməyə mürqciət etmələri bildirirlmişdir. Faktin müəyyən olunması, uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında şahid Məmmədov Rüstəm Məmməd oğlu və X8 şahid Məmmədov Rüstəm Məmməd oğlunun izahaına uyğun izahat verdilər. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan AA ******* nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki Ərizəçi xx xxxx 1993-cü ildə doğulmuşdur. İş materiallarında olan Bərdə Regional-Asan Xidmət mərkəzi tərəfindən verilmiş AZ-İİ 323899 nömrəli 14 may 2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Məmmədov Əvəz Məmməd oğlu və Ərizəçi nikahlarını 14 may 2019-cu ildə 556 nömrə ilə qeyd etdimişlər. İş materiallarında olan X4 Publik hüquqi şəxsi tərəfindən verilmiş 1/198 nömrəli, 24 fevral 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Ərizəçi Abbas qızının deməsinə görə X14 oğlu və Vəliyeva Xədicə Abbas qızının birgə nikah dövründə dünyaya gəlmiş 20 iyul 2016-cı il təvəllüdlü Məmmədova ........ Əvəz qızı və 17 iyul 2017-ci il təvəllüdlü Məmmədova ........ Əvəz qızı Bərdə RMX-nın Uşaq Poliklibikasında qeydiyyata götürülmüşdür, uşaqlar həkim prediatr tərəfindən müayinə olundu və sağlam olması təsdiq olundu. İş materiallarında olan X4 Publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Bərdə rayonu Hüseynbəyli kəndində yaşan Ərizəçi 20 iyul 2016-cı il tarixdə qız uşağı doğulmuş, hal-hazırda yaşayır, həkim müayinəsindən keçərkən sağlam olduğunu müəyyən edildi. İş materiallarında olan X4 Publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Bərdə rayonu Hüseynbəyli kəndində yaşan Ərizəçi 17 iyul 2017-ci il tarixdə qız uşağı doğulmuş, hal-hazırda yaşayır, həkim müayinəsindən keçərkən sağlam olduğunu müəyyən edildi. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbsi tərəfindən verilmiş 25 fevral 2021-ci il tarixli 134-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona faktın müəyyən olunması üçün məhkəməyə mürciət etməsi məsləhət körülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X2 doğum aktı qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamələrin bərpası üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 20 iyul 2016-cı il tarixdə və 17 iyul 2017-ci il tarixdə Bərdə şəhərində iki qız övladının doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X9, ana qrafasında Ərizəçi Abbas qızı qeyd olunsun. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1190/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1190/2021
20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver