Məhkəmə qərarları › İş №2(021)-1266/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1266/2022

14.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1266/2022 14.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “orta ixtisas təhsilinin əyani bitirilməsi faktının müəyyən edilməsi ” barədə ərizəsinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun X5 Texnikumunda zootexnik ixtisası üzrə 1973-cü ildən -1980-cı il tarixədək əyani təhsil alması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında Ərizəçi müraciəti ilə bağlı heç bir arxiv sənədi olmadığından məlumat verə bilmədiklərini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qanunda nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məhkəməyə məktub ünvanlayaraq ərizənin rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə MPM-in 306.4-cü maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 306.4-cü maddəsinin tələbinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “orta ixtisas təhsilinin əyani bitirilməsi faktının müəyyən edilməsi ” barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi MPM-nin 259, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “orta ixtisas təhsilinin əyani bitirilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar