Məhkəmə qərarları › İş №2(021)-1290/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1290/2021

07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1290/2021 07.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun, Ərizəçilər Ərizəçi1 Əli qızının, Ərizəçi2 Mahmud qızının, Ərizəçi3 Arif oğlunun, Hacıyeva Təhminə Mahmud qızının, Hacıyev Mahmud Arif oğlunun sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1 Əli qızı, Ərizəçi2 Mahmud qızı, Ərizəçi3 Arif oğlu, Hacıyeva Təhminə Mahmud qızı, Hacıyev Mahmud Arif oğlu ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair KOD 610000** JN *** A saylı şəhadətnamənin onalara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 Əli qızı, Ərizəçi2 Mahmud qızı, Ərizəçi3 Arif oğlu, Ərizəçi4, Ərizəçi5 ərizələrini onunla əsaslandırmışlar ki, onlara Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə Bərdə rayonu, Lənbəran kəndində 0,23 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair KOD 610000** JN ***A saylı şəhadətnamə verilmiş və həmin torpaq sahəsi hazırda onların mülkiyyətlərindədir. Lakin torpaq sahəsi üzərində sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı verilərkən səhvən dövlət aktında Ərizəçi1 Əli qızının adı - X6, Ərizəçi2 adı - X3, Ərizəçi3 adı - Ərizəçi3 qızı kimi yazılmışdır. Onlar bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsinə müraciət etmələrinə baxmayaraq orada onlara məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Onlar da məcbur olub ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçilər Hacıyev Mahmud Arif oğlu məhkəməyə ərizə verərək, işə onun iştirakı olmadan baxılmaqla, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 Əli qızına, Ərizəçi2 Mahmud qızına, Ərizəçi3 Arif oğluna, Ərizəçi4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə ərizəçilərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair KOD 610000** JN *** A saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 qərarına əsasən Bərdə rayonu Lənbəran kənd sakinləri Hacıyev Mahmud Arif oğlunun, Hacıyeva Sevil Əli qızının, Hacıyeva Zenfira Mahmud qızının, Ərizəçi4 Mahmud qızının, Ərizəçi3 mülkiyyətinə 0, 23 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********07 nömrəli 02 mart 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçi Ərizəçi1 Əli qızı JN-324 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair KOD 610000** JN ***A saylı şəhadətnamənin Ərizəçi1 Əli qızına, Ərizəçi2 Mahmud qızına, Ərizəçi3 Arif oğluna, Hacıyeva Təhminə Mahmud qızına, Hacıyev Mahmud Arif oğluna məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Hacıyeva Sevil Əli qızının, Hacıyeva Zenfira Mahmud qızının, Ərizəçi3 Arif qızının, Hacıyeva Təhminə Mahmud qızının, Hacıyev Mahmud Arif oğlunun adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair KOD 61000048 JN 324 A saylı şəhadətnamənin Ərizəçi1 Əli qızına, Ərizəçi2 Mahmud qızına, Ərizəçi3 Arif oğluna, Hacıyeva Təhminə Mahmud qızına, Hacıyev Mahmud Arif oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Hacıyeva Sevil Əli qızının, Hacıyeva Zenfira Mahmud qızının, Ərizəçi3 Arif qızının, Ərizəçi4, Hacıyev Mahmud Arif oğlunun adına verilmiş Torpağa mülkiyyətə verilməsinə dair KOD 610000** JN *** A saylı şəhadətnamə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Hacıyeva Təhminə Mahmud qızına, Hacıyev Mahmud Arif oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar