Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-133/2025 18.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X19 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı1 və X4 nümayəndəsi İddiaçı3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 (bundan sonra iddiaçı və ya İddiaçı1), X4 (bundan sonra iddiaçı və ya Samayə Məmişova), İddiaçı3 (bundan sonra iddiaçı və ya İddiaçı3) və İddiaçı4 (bundan sonra iddiaçı və ya İddiaçı4) cavabdehlər Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1) və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh2) qarşı “Həyətyanı torpaq sahəsinin naturada bölünməsi və sərhədlərin tanıdılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi : İddiaçılar İddiaçı1, Samayə Məmişova, İddiaçı3 və İddiaçı4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsinə və onlara məxsus torpaq sahəsinin naturada bölünərək sərhədlərinin tanıdılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 Bərdə şəhəri Koroğlu küçəsində 0,06 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi var. Həmin evə mülkiyyət sənədini 1989-cu il tarixdə almışdır. Buna baxmayaraq islahat gedən vaxtlara cavabdehlərin adları səhvən onun mülkiyyətində olan torpaq sahəsinə düşmüşdür. Cavabdeh1 1996-cı ilin sentyabr ayında öz məhləsində ayrı ev tikmiş, həmin evin özünə məxsus torpaq sahəsi var. Evin ayrı girişi və darvazası olmaqla nömrələnmişdir. Evi tikdikdən sonra faktiki olaraq həmin torpaq sahəsini öz məhləsindən kəsib vermişdir. Buna baxmayaraq ona çıxarış verilərkən məlum olmuşdur ki, həmin çıxarışda cavabdehlərin adları qeyd edilmişdir. Bundan başqa ona verilmiş çıxarışda səhvən İddiaçı4 adı Sema kimi qeyd edilmişdir. Cavabdehlərin faktiki olaraq yaşayış sahələri var, onların ayrı darvazaları, qaz və işıq sayğacları vardır. Cavabdehə ev tikdikdən sonra ona həyətindən torpaq sahəsi vermiş və həmin torpaq sahəsi ilə öz məhləsi arasına hasar inşa etmişlər. Hazırda mülkiyyətində olan torpaq sahəsinə və evə sərhədləri daxilində mülkiyyət sənədi almaq istiyir. Bu səbəbdən də həmin torpaq sahəsinin naturada bölünərək sərhədlərinin müəyyən edilməsi zərurəti yaranmışdır. Bərdə Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1, X4, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Çıxarışın etibarsız hesab edilməsi, həyətyanı torpaq sahəsinin naturada bölünməsi və sərhədlərin tanıdılması” tələbinə dair iddia ərizəsi barədə iş üzrə icraata “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi”nə dair hissədə xitam verilməsi, iddiaçılar İddiaçı1, X6, İddiaçı3 və İddiaçı4 “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi” tələbi ilə aidiyyəti İnzibati Məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı1 və X4 nümayəndəsi İddiaçı3u iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşadıqları ev zəbt olunmuş torpaq sahəsində tikilmişdir. Onların istifadə etdikləri torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və təxminən 0,04 ha-dan ibarətdir. Yaşadıqları ev qeydiyyata alınmadığından sənədi yoxdur, həmin ev nə vaxt inşa edilmişdir, yadında deyil. Eyni zamanda Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışda qeyd edilən 0,06 ha torpaq sahəsində onların payları var və ədalətli olaraq bölünməli, onların, yəni onun özünün, atası Cavabdeh1, anası X5 və bacısı X8 hər birinin payı 1/7 hissə olmaqla ayrılıb özlərinə verilməlidir. Onun valideynləri 1996-cı ildə evlənib ailə qurmuşlar. Həyətdə olan evlər arasında hasar vardır. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 Cavabdeh2 göstərdiklərini təsdiq edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1933-cü ildə Ağdam rayonu Baharlı kəndində anadan olmuşdur, Bərdə şəhəri Gəncə küçəsi ev 29-da qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı2 xx.xx.1947-ci ildə Bərdə rayonu İmamqulubəyli kəndində anadan olmuşdur, ünvan 1-da qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şəhər Nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2016-cı il tarixli 6649 nömrəli arayışdan görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən evində yaşayır, onunla birlikdə həmin evdə arvadıı İddiaçı2 və oğlu İddiaçı3 qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 56 nömrəli məktubdan görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1-da qeydiyyatdadırlar və yaşayırlar, İddiaçı4 isə həmin ünvanda qeydiyyatda olmasa da yaşayır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli, **********177-10301 reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə şəhəri Koroğlu küçəsi 29 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən 63,9 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi tam, torpaq sahəsi 1/7 hissədə İddiaçı1, torpaq sahəsi 1/7 hissədə X4, 1/7 hissədə İddiaçı3, 1/7 hissədə Cavabdeh1, 1/7 hissədə X5, 1/7 hissədə Cavabdeh2 və 1/7 hissədə X9 paylı mülkiyyətindədir. 07 oktyabr 2017-ci il tarixli 2V-609 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, İddiaçı1 ona məxsus olan və ünvan 2 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini və 0,06 ha torpaq sahəsinin ona məxsus olan 1/7 hissəsini ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı3 vəsiyyət etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1, X4, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Çıxarışın etibarsız hesab edilməsi, həyətyanı torpaq sahəsinin naturada bölünməsi və sərhədlərin tanıdılması” tələbinə dair mülki iş üzrə Məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mülki iş üzrə 22 aprel 2025-ci il tarixli, 10/9584 saylı rəyi 15 may 2025-ci il tarixdə Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Rəy məhkməyə daxil olduqdan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi 01 sentyabr 2025-ci il tarixdə məhkəməyə yeni mütəxəssis rəyi göndərərək, başqa sənədlər müəyyən olunduğundan, xx.xx.2024-cü il tarixli **********29 nömrəli rəy və bölgü planının nəzərə alınmamasını, sonuncu hazırlanmış bölgü planının və rəyin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin Rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********77-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1, X4, İddiaçı3, Cavabdeh1, X7, X12 və X10 paylı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi üzərində 88.3 kv.m. yaşayış evinin və ona bitişik istifadə etdikləri köməkçi tikilinin iddiaçılara məxsus olduğunu nəzərə alaraq tərtib edilmiş sxemdə göstərilən torpaq sahəsinin 2/7 hissəyə və həmin torpaq sahəsi üzərində hüquqları dövlət reyestrində qeydiyyata alınmamış 106 kv.m. fərdi yaşayış evinin və metal konstruksiyadan ibarət çardağın kiçik bir hissəsi yerləşən tikilinin cavabdehlərin istifadəsində olduğunu nəzərə alaraq tərtib edilmiş sxemdə göstərilən torpaq sahəsinin 2/7 hissəyə bölünməsi mümkün olmuşdur. Qalan hissədə isə, iddiaçı və cavabdehlərin paylı mülkiyyəti nəzərə almaqla, payçılar arasında 1/7 hissəyə bölünməsi mümkündür. Tərtib edilmiş bölgü layihəsi, sxem 1 və sxem 2-də öz əksini tapmışdır. -Cavabdeh1 və ailə üzvlərinin hal-hazırda yaşadıqları və istifadə etdikləri torpaq sahəsi 0.0481 hektar təşkil edir. -TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********77-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi 0.06 ha təşkil edir və naturada istifadələrində olan həyətyanı torpaq sahəsi 0.06 ha təşkil etsə də, konfiqurasiyası və həndəsi ölçüləri arasında fərq mövcuddur. -TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********77-10301 reyestr nömrəli çıxarışa əsasən mübahisəli, 0.06 ha torpaq sahəsi iddiaçı və cavadehlərin ümumi birgə mülkiyyətlərinə verildiyindən, yalnız mülkiyyətçilər arasında payların müəyyən edilməsi mümkündür. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli, **********177-10301 reyestr nömrəli çıxarışa əsasən Bərdə şəhəri Koroğlu küçəsi 29 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən 63,9 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi tam, torpaq sahəsi 1/7 hissədə İddiaçı1, torpaq sahəsi 1/7 hissədə X4, 1/7 hissədə İddiaçı3, 1/7 hissədə Cavabdeh1, 1/7 hissədə X5, 1/7 hissədə Cavabdeh2 və 1/7 hissədə X9 paylı mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyindən müəyyən olunur ki, TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********77-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, X5, Cavabdeh2 və X8 paylı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi üzərində 88.3 kv.m. yaşayış evinin və ona bitişik istifadə etdikləri köməkçi tikilinin iddiaçılara məxsus olduğunu nəzərə alaraq tərtib edilmiş sxemdə göstərilən torpaq sahəsinin 2/7 hissəyə və həmin torpaq sahəsi üzərində hüquqları dövlət reyestrində qeydiyyata alınmamış 106 kv.m. fərdi yaşayış evinin və metal konstruksiyadan ibarət çardağın kiçik bir hissəsi yerləşən tikilinin cavabdehlərin istifadəsində olduğunu nəzərə alaraq tərtib edilmiş sxemdə göstərilən torpaq sahəsinin 2/7 hissəyə bölünməsi mümkün olmuşdur. Qalan hissədə isə, iddiaçı və cavabdehlərin paylı mülkiyyətini nəzərə almaqla, payçılar arasında 1/7 hissəyə bölünməsi mümkündür. Tərtib edilmiş bölgü layihəsi, sxem 1 və sxem 2-də öz əksini tapmışdır. Cavabdeh1 və ailə üzvlərinin hazırda yaşadıqları və istifadə etdikləri torpaq sahəsi 0.0481 hektar təşkil edir. TEKUİS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********77-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi 0.06 ha təşkil edir və naturada istifadələrində olan həyətyanı torpaq sahəsi 0.06 ha təşkil etsə də, konfiqurasiyası və həndəsi ölçüləri arasında fərq mövcuddur. TEKUİS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********77-10301 reyestr nömrəli çıxarışa əsasən mübahisəli, 0.06 ha torpaq sahəsi iddiaçı və cavadehlərin ümumi birgə mülkiyyətlərinə verildiyindən, yalnız mülkiyyətçilər arasında payların müəyyən edilməsi mümkündür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 42-ci bəndində göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Qeyd olunan qərarın 44-cü bəndində göstərilmişdir ki, məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın (bax, İatridis Yunanıstana qarşı, № 31107/96, § 58, İHAM 1999-İİ). Konvensiyada «qanun» və «qanuni» anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. MM-nin: 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. İşin hallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli, **********177-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, X5, Cavabdeh2 və X8 paylı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyinə əlavə edilmiş “Sxem-2”-də qeyd edilmiş “C” sahəsində yerləşən 2/7 hissədə və “E” sahəsində yerləşən 1/7 hissədə İddiaçı1, X4, İddiaçı3 və “Sxem-2”-də qeyd edilmiş “A” sahəsində yerləşən 2/7 hissədə, “B” sahəsində yerləşən 1/7 hissədə və “D” sahəsində yerləşən 1/7 hissədə Cavabdeh1, X1, Cavabdeh2 və X8 paylarının naturada bölünməsi və paylara uyğun olaraq hər birinin torpaq sahəsinin sərhədlərinin tanıdılması mümkündür. Ona görə də məhkəmə hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli, **********177-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı1, X4, İddiaçı3, Cavabdeh1, X5, Cavabdeh2 və X8 paylı mülkiyyətində olan və Bərdə şəhəri Koroğlu küçəsi 29 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyinə əlavə edilmiş “Sxem-2”-də qeyd edilən “C” sahəsində yerləşən 2/7 hissədə və “E” sahəsində yerləşən 1/7 hissədə İddiaçı1, X4 və İddiaçı3, “Sxem-2”-də qeyd edilmiş “A” sahəsində yerləşən 2/7 hissədə, “B” sahəsində yerləşən 1/7 hissədə və “D” sahəsində yerləşən 1/7 hissədə Cavabdeh1, X1, Cavabdeh2 və X8 payları müəyyən edilərək naturada bölünməli və paylara uyğun olaraq hər birinin torpaq sahəsinin sərhədləri tanıdılmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçılar öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 22 aprel 2025-ci il tarixli, 10/9584 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə tikintitexniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçılar İddiaçı1, X4, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Həyətyanı torpaq sahəsinin naturada bölünməsi və sərhədlərin tanıdılması” tələbinə dair iddiası təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********177-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı1, X4, İddiaçı3, Cavabdeh1, X5, Cavabdeh2 və X8 paylı mülkiyyətində olan və Bərdə şəhəri Koroğlu küçəsi 29 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin Rəyinə əlavə edilmiş “Sxem-2”-də qeyd edilən “C” sahəsində yerləşən 2/7 hissədə və “E” sahəsində yerləşən 1/7 hissədə İddiaçı1, X4, İddiaçı3 və “Sxem-2”-də qeyd edilmiş “A” sahəsində yerləşən 2/7 hissədə, “B” sahəsində yerləşən 1/7 hissədə və “D” sahəsində yerləşən 1/7 hissədə Cavabdeh1, X5, Cavabdeh2 və X8 payları müəyyən edilərək naturada bölünsün və paylara uyğun olaraq hər birinin torpaq sahəsinin sərhədləri tanıdılsın (rəyə əlavə edilmiş Sxem 2-ə uyğun olaraq). Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-133/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-133/2025
18.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver