Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1340/2021 07.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, Cavabdeh Bərdə Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi X32 iştirakları ilə, İddiaçı Xıdırova İlhamə Qulu qızının cavabdehlər Bərdə Rayon Uşaq Xəstəxanasına, Bərdə Rayon Mərkəzi Xəstəxanasına, Bərdə Rayon Uşaq Poliklinikasına və professor Ə.F.Qarayev adına 2 saylı X20rşı düzgün müalicə etməmə nəticəsində vurulmuş ziyana və bununla əlaqədar vurulmuş maddi zərərə görə təzminat tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xıdırova İlhamə Qulu qızı cavabdehlər Bərdə Rayon Uşaq Xəstəxanasına, Bərdə Rayon Mərkəzi Xəstəxanasına, X46 Poliklinikasına və professor Ə.F.Qarayev adına 2 saylı X20rşı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək 30 yanvar 2011ci il təvəllüdlü qızı X13 düzgün müalicə etməməklə onun sağlamlığına ziyan vurduqlarına görə cavabdehlərdən müştərək qaydada 200.000 manat və onu düzgün müalicə etməməklə 2014-cü ilin sentyabr ayından 2021-ci ilin mart ayınadək olan müddətdə ona vurduqları maddi zərərə görə 30.000 manat məbləğində təzminatın, beləliklə də cəmi 230.000 manat məbləğində təzminatın, həmçinin hazırkı iddia tələbinə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Xıdırova İlhamə Qulu qızı iddiasını onunla əsaslandırmışdır ki, onun yeganə övladı olan 30 yanvar 2011-ci il təvəllüdlü Sahibzadə Səma Məhəmməd qızı anadan tam normal doğulmuş sağlam uşaq olmuşdur və 3 yaş 8 aylığınadək hər hansı bir xəstəlikdən müalicə almamışdır. Sentyabr 2014-cü ildən başlayaraq yuxarıda göstərdiyi cavabdehlərin – Bərdə rayon Uşaq Xəstəxanasının, Bərdə rayon Mərkəzi Xəstəxanasının, Bərdə rayon Uşaq Poliklinikasının və Bakı şəhərindəki professor Ə.F.Qarayev aadına 2 saylı X26 həkimlərinin düzgün müalicə və müayinə etməmələri səbəbindən qızı Səma Sahibzadə 4 yaş 5 aylığından, yəni 09 iyun 2015-ci ildən halhazıradək guya ki, “Ensefalopatiya, serebral hipertenziya qıcolmalarla Anemiya, Sistit” diaqnozu ilə sağlamlıq imkanları məhdud olan və başqasının qulluğuna və köməyinə ehtiyacı olan əlil uşaq kimi rəsmi qeydiyyatdadır. Məhz bu xəstəliyinə görə ona 6 ildən çoxdur ki, dövlət tərəfindən müavinat, ona isə qulluq edən ana kimi ayrıca sosial müavinat ödənilir. Ona müəllim tərəfindən evdə fərdi qaydada dərs keçirilməsi də nəzərdə tutulmuşdur. Halbu ki, X44 heç də yuxarıda göstərdiyi diaqnozla xəstə deyildir, o, heç vaxt o cümlədən də hal-hazırda epilepsiya-qıcolma xəstəliyindən əziyyət çəkməmişdir. Bir dəfə də olsun ki, onda epileptik qıcolma hadisəsi (tutmalar) baş verməmişdir. X41 həmin yanlış (düzgün olmayan) diaqnozun qoyulması yuuxarıda göstərdiyi cavabdeh tibb müəssisələrində çalışan bəzi həkimlərin düzgün olmayan müalicələri və müayinələri nəticəsində qızının sağlamlığına ciddi ziyan vurmalarını səbəbi olmuşdur. Hesab etmişlər ki, bu yolla məsuliyyətdən kənarda qala biləcəklər. Əslində sentyabr 2014-cü ildən hal-hazıradək qızı Səma Sahibzadə mədə bağırsaq infeksiyası səbəbli xəstədir, məhz bu xəstəlikdən sağlamlıq imkanları məhdud olan uşaq hesab edilməli idi, onun bu xəstəlikdən düzgün müalicə olunmamasının fəsadları baş beyin pozulmalarınada gətirib çıxardır. Belə ki, X44 ilk dəfə 04 sentyabr – 30 sentyabr 2014-cü il tarixlərində 27 gün ərzində Bərdə rayon Uşaq Xəstəxanasında “dəqiqləşdirilməmiş bronxopnevmaniya” diaqnozu ilə statsionar şəraitdə müalicə olunubmuş. Sonradan ona məlum olub ki onun qızını müalicə edən həkim Nizami Şirinov heçdə ixtisaslı həkim deyildir, reanimasiya şöbəsinin həkimidir, onun əslində müalicə işləri ilə məşğul olmağa səlahiyyətdi də yoxdur. Məhz ilk dəfə olaraq onun düzgün olmayan müalicəsindən sonra X44nin vəziyyəti ağırlaşdığı üçün Bərdə rayon Uşaq Poliklnikasının 03 oktyabr 2014-cü il tarixli təqdimatı ilə Bərdə rayon Mərkəzi Xəstəxanası 03 oktyabr 2014-cü il tarixli göndərişlə “ dəqiqləşdirilməmiş bronxopnevmoniya” diaqnozu ilə Respublika Uşaq Kliniki Xəstəxanasına göndərilmişdir. Orada məlum olmuşdur ki, Bərdə RMX onları səhv göndərib. Odur ki, Respublika X18rı prof.Ə.F.Qarayev adına 2 nömrəli X31 göndərmişdir. İlk dəfə məhz həmin sonuncu xəstaxanada X41 04 oktyabr 2014-cü il tarixdə “naməlum bağırsaq infeksiyası” diqnozu qoyulmuşdur. Beləliklə də məlum olmuşdur ki, Bərdə rayon Uşaq Xəstəxanasının həkimi Nizami Şirinov qızını 27 gün ərzində yalnış müalicə edərək vəziyyətini ağırlaşdırıbmış. 20 gün ərzində 2 nömrəli X27 müalicə olunduqdan sonra 24 oktyabr 2014-cü il tarixində qızı sağalma ilə evə yazılmışdır. 2 nömrəli X27 statsionar şəraitdə 20 gün ərzində qızı müalicə alarkən həmin Xəstəxananın göndərişi ilə o, 22 oktyabr 2014-cü il tarixdə Baki şəhərindəki “MediPlanet” klinikasında test olunmuş və məlum olmuşdur ki, onda heç bir epilepisya, yaxud beyin yarımkürələrarası assimetriyaya rast gəlinmədi, beyin fəaliyyəti norma daxilindədir. Bu müayinə üçün həmin Klinikaya 50 manat pul ödəyiblər. 2 nömrəli X28 göndərişi əsasında Bakı şəhərindəki N.Tusi adına Klinikanın verdiyi 30 oktyabr 2014-cü il tarixli kompyuter tomoqrafiyası müayinəsinin nəticəsinə dair tibbi arayışda göstərilib ki, qızı Səmada İntraparenximatoz ocaqlı və həcmli patoloji dəyişikliklər aşkar olunmuşdur. Bu müayinə üçün həmin Klinikaya 90 manat ödəyiblər. X16 08 noyabr 2014-cü il tarixli tibbi arayışında da göstərilib ki, X44 epileptik patternalar qeyd edilmir və şöbədə olduğu müddətdə tutmalar baş verməyib. Respublika Uşaq Xəstəxanasının 08 noyabr 2014-cü il tarixli tibbi sənədində göstərilir ki, X11 tam diaqnozu “ İnfeksiya mənşəli kəskin qastirt”-dir. Beləliklə də məlum olur ki, Prof. Ə.F.Qarayev adına 2 nömrəli X2 Sahibzadənin 27 oktyabr- 05 noyabr 2014-cü il tarixlərində statsionar şəraitdə aparılmış müalicəsidə düzgün olmamışdır, heç bir tibbi əsas olmadan ona qoyulmuş “Ensaflopatiya” diaqnozu yanlış olmuşdur. Halbuki həmin xəstəxana tərəfində 04-24 oktyabr 2014-cü il tarixləri ərzindəki 20 günlük Statsionar müalicədə qızına “naməlum efial bağırsaq infeksiyası” diaqnozu qoyub həmin diaqnozla guya müalicə aparmışdılar. 3 gün sonra isə qızına tamam başqa diaqnoz qoyub güya baş-beyinə əlaqədar olan “Ensaflopiya” xəstəliyindən müalicə etməyə çalışmışdırlar. 01-04 dekabr 2014-cü il tarixlərdəki statsionar müalicə zamanı Bərdə rayon Uşaq Xəstəxanası yenidən qızı Səmaya “dəqiqləşdirilmımiş bronxopnevmaniya” diaqnozu qoyaraq bu yanlış diaqnozla düzgün olmayan müalicə aparmışlar. Bu dəfə də müalicə həkimi Nizami Şirinov olmuşdur. Halbuki ona 2014-cü ilin sentyabr-noyabr aylarında Bakı şəhərində yuxarıda göstərdiyi tibb müəssələrindəki bütün müalicələrin və diaqnozların nəticələrinə dair tibbi sənədləri vermişdi. 6 dekabr 2014-cü il tarixdə N.Tusi adına Klinikada aparılmış Kranioserebal MRİ müayinəsininin nəticcəsinə dair tibbi sənəddə göstərilir ki, qızı Səmada İntraktranial ocaqlı və həcmli pataloji dəyişikliklər aşkar edilmədi. Təkcə bu aparatla müayinəyə 140 manat ödəmişlər. Bakı şəhərindəki X17 müayinənin nəticəsinə dair 08dekabr 2013-cü il tarixli 2530 nömrəli tibbi sənəddə göstərilir ki, X44nin mədəbağırsaq xəstəsi olmadığı dəqiqləşdirilməlidir (inkar edilməlidir) ki, bundan sonra onun dəqiq diaqnozla müalicəsi aparılsın. X44 Bərdə rayon Uşaq Xəstəxanasında 13-24 yanvar 2015-ci il tarixlərində 12 gün statsionar şəraitdə “Dəqiqləşdirilmiş xroniki qastrit, səthi bulbut H.Pulari” diaqnozu ilə, 04-15 mart 2015-ci il tarixlərində 11 gün statsionar şəraitdə “dəqiqləşdirilməmiş bronxophvemaniya , tskilik qusma” diaqnozu ilə (müalicə həkimi Nizami Şirinov) 02-07 sentyabr 2015-ci il tarixlərdə 6 gün statsionar şəraitdə “bağırsağın dəqiqləşdirilməmiş funksionlar pozğunluğu” diaqnozu ilə (müalicə hıkimi M.Alıyeva), 20 oktyabr -05 noyabr 2015-ci il tarixlərdə 16 gün statsionar şəraitdə “dəqiqləşdirilməmiş məşəli, qeyri-infeksion mənşəli qastroenfenit və kolit” diaqnozu ilə ( mualicə həkimi Abdullayev) yanlış və düzgün olmayan müalicələr edilmişdir. Çunki hər bir diaqnozda “dəqiqləşdirilməmiş” ifadəsi işlədilir, yəni bilərəkdən, yaxud bilməyərəkdən kor-koranə diaqnoz qoyulub səhv müalicə aparılır. Az-çox tibbi biliyi olan hər kəsə məlumdur ki, 4 yaşlı uşaqda Xroniki Qastrit xəstəliyinin olması qeyri-mümkündür. N.Tusi adına Klinikanın 09 yanvar 2015 və 03 fevral 2015-ci il tarixli rəyləri də təsdiq etdi ki, xroniki qastrit yoxdur. Bu müayinənin hər biri üçün həmin klinikaya 100 manat ödəyib. Nəhayət, 13 aprel 2015-ci il tarixdən 26 yanvar 2021-ci il tarixədək olan müddət ərzində X44ni dəfələrlə müayinə və müalicə etmiş Azərbaycan Tibb Universtitetinin X12 Nevorologiya və Tibbi Genetika kafedrasının professoru Zakir Əliyev dəqiqləşdirərək müəyyən etmişdir ki, X44 “Ensaflopatiya, Serberal hipertanziya qıcolmalar. Anemiya, sistit” diaqnozu ilə xəstə deyil, bu diaqnozla tam əsassız olaraq sağlamlıq imkanları məhdud olan və başqasının qulluğuna köməyi ehtiyac olan əlil uşaq hesab edilmişdir; onun xəstəliyi mədə-bağırsaq infeksiyası (pozulmasıdır), bu xəstəlikdən düzgün müalicə olunmaması və düzgün olmayan dərman prearatlarının təyin edilməsinin fəsadları baş-beyinə də təsir edir, odur ki, qusma əmələ gətirir, mədəsində problemlər yaranır, uşaq mədə-bağırsaq infeksiyasından düzgün müalicə edilməlidir. X38 bu barədə yazılı göstərişlərini tərtib etdiyi tibbi sənədlərlə Bərdə rayon Uşaq Xəstəxanasının və Prof.Ə.F.Qarayev adına 2 nömrəli X26 mədəbağırsaq infeksiyası üzrə həkimlərinin diqqətinə çatdırıb, onlardan tələb edib ki, qızının müalicəsini düzgün aparsınlar. Hətta 26 yanvar 2021-ci il tarixli sonuncu müayinəsində X38 2 nömrəli X26 həkimlərindən yazılı tələb edib ki, Səma Sahibzadənin bağırsaq iltihabına qarşı müalicəsi fasiləsiz davam etməli, infeksionist həkimin bütün tövsiyyələrinə əməl edilməlidir. Lakin 2 nömrəli X26 həkimləri Gülnar və digərləri X38in göstərişlərinə əməl etmədilər, dedilər ki, Zakir Əliyev heç nə bilmir, onlarında, həkimlərində başına oyun açır, qızının qusması və böyük bayıra fasiləsiz su kimi getməsi beyni ilə əlaqədardır. Bu ömürü boyu davam edən xəstələkdir. Bu səbəbdəndə onun qızına laqeyd yanaşmışlar və 02 fevral 2021-ci ildə qızını xəstəxanadan yarımçıq çıxardıblar. Qızı Səma səhhətinin ağırlaşması ilə əlaqədar 03 fevral 2021-ci il tarixdən bu günədək qısa fasilərlərlə Bərdə rayon X23 Şöbəsində Statsionar şəraitdə müalicəyə qəbul edilib, lakin əslində yenə də səhv müalicə aparılır və şöbə müdiri Qəzənfər adlı həkim qızının düzgün diaqnozla müalicəsini təmin etmək əvəzinə Bakı şəhərindəki 1 saylı X30 aparmaq üçün onlara 06 mart 2021-ci ildə göstəriş verilir. Bərdə rayon X9 düzgün olmayan müalicəsinə, bunun nəticəsində onun sağlamlığına ağır zərər vurulmasına görə cavabdehliyi ona görə daşımalıdır ki, Səma bu poliklinikada qeydiyyatda olan xəstə uşaq olmuşdur. Həm adlarını yuxarıda göstərdiyi digər 3 cavabdeh tibb müsisəsində, həm də X38in tərəfindən Səmaya edilmiş müayinə və müalicələrin nəticəsinə dair bütün tibbi sənədləri bu Poliklnikaya təqdim edib, surətlərini istəyiblər, verib. Lakin orada Bərdə rayon Uşaq Xəstəxanasının həkimi Nizami Şirinovun onun qızını düzgün müalicə etməməsini gizlətmək üçün onun qoyduğu yanlış diaqnozlardan kənara çıxmamış, X38in yazıllı tibbi göstərişlərinə qəsdən əməl etməmiş, bunu irad tutanda istə Tahirə Kərimova hətta onu 2020-ci ildə poliklnikanın içərisində qızı Səmanın yanında təhqir etmiş, Kamil İbrahimov isə kabinetində ona qarşı zorakılıq etməyə cəhd etmiş, nalayiq sözlərlə onu təhqir etmişdir. Bərdə rayon Uşaq Xəstəxanasının, Bərdə rayon X23 şöbsəinin və Bərdə rayonu Uşaq Poliklnikasının onun qızının müayinə və müalicəsi ilə 2015-ci ilin aprel ayından etibarən məşğul olan həkimlər də onlara açıq-aşkar surətdə deyiblər ki, onlar X38in tapşırdığı müalicələri etməyəcəyəklər, o kimdirki onlara göstəriş versin, gedib onu kabinetinin pəncərəsindən atarıq. Nəticədə isə yuxarıda adları göstərilən 4 cavabdeh tibb müəssiəsəsinin X38lə intriqa aparmasından qızı Səma əziyyət çəkir, 6 ildən artıqdır ki, yanlış və düzgün olmayan müalicələr edildiyi üçün səhhəti son dərəcədə pisləşmişdir,həyatı təhlükə altındadır. Onun valideynləri kimi o və atası X25 bu 6 ildən çox müddət ərzində cavabdehlərin düzgün olmayan müalicəsindən təxminən 30000 manata qədər maddi zərər çəkmişdirlər. Adlarını qeyd etdiyi bu 4 cavabdeh tibb müəssəsiələrində X44nin müalicəsinə dövlət xətti ilə heçbir dərman preparatı istifadə edilməyib, bu tibb müəssisəlrəində qızının statsionar şəraitdə müalicələri zamanı istifadə edilən tibbi spirti, tibbi pambığı, şpirisləri, hətta sarğı bintidə onlar alıb vermişlər. Həmin tibb müəssisələrinin həkimlərinin yazdıqları reseptlər üzrə dərman preparatlarının alınmasına 6 ildə o və Məhəmməd Sahibov tərəfindən 15000 manat, tibbi aparatlarda müayinələriə 3000 manat, Bakı şəhərindəki tibb müəssəsilərinə qızları aparıb gətirməyə, onun həmin müəssəsiələrində statsionar müalicə aldığı günlərdə ev kirayəsinə, nəqliyyata və s. Məcburi xərclərə 12000 manatadək pul xərcləmişlər. Müsbət nəticə isə cavabdehlərin təqsiri ucbatından yoxdur, odur ki, bu xərclərini cavabdehlərin onlara vurduqları maddi zərər kimi 30000 manat maddi zərər vurmalarını təsdiq edən çoxsaylı sənəd sübutları mövcuddur. Hesab edir ki, adlarını yuxarıda qeyd etdiyi cavabdeh tibb müəssisələrində çalışan və qızının müalicəsi ilə bilavasitə məşğul olan həkimlərin X38lə intriqa aparmaları səbəbindən, həmçinin peşə vərdişlərinin, tibbi biliklərinin və təcrübələrinin az olması səbəbindən X44ni düzgün müalicə etməməklə onun sağlamlığına ciddi ziyan vurmuşlar. Odur ki, həmin cavabdehlərdən müştərək qaydada 200000 manat pulun təzminat olaraq alınıb ona verilməsi də əsaslı və qanuni tələbidir. Məhz bu cavabdehlər Səmanı 3 yaş 8 aylığından etibarən yanlış-düzgün olmayan müayinə və metodlarla, səhv diaqnozlarla müalicə etdiklərindən onu 4 yaş 5 aylığından sağlamlıq imkanları məhdud olan və başqasının qulluğuna və köməyinə ehtiyac olan əlil uşaq halına salmışlar, onların təqsirindən qızı 6 ildən çoxdur ki, əzab-işkəncə çəkir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qəbzə imza etdirilməklə, məhkəmə iclasının vaxtı barədə və məhkəmə iclasında iştirak etməsi izah olunmaqla məlumat verilmişdir. Lakin buna baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş məhkəmə iclası təyin olunmuş vaxtda telefon vasitəsilə Bakı şəhərində olduğunu bildirərək, məhkəmə iclasına gəlməyəcəyini demişdir. Məhkəmə iclasında cavabdeh Bərdə rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Əliyev Nazim Əhəd oğlu izahatında iddianı qəbul etmədiyini bildirib, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Bərdə Rayon Uşaq Poliklinikasına, Bərdə Rayon Uşaq Xəstəxanasına, Professor Ə.F.Qarayev adına 2 saylı X31 rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı 09 may 1979-cu ildə Laçın rayonunda doğulmuşdur, Bərdə şəhəri, Cavanşir küçəsi ev 76 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İİİ 719120 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Sahibzadə Səma Məhəmməd oğlu 30 yanvar 2011-ci ildə doğulmuşdur, atası Sahibov Məhəmməd Zamin oğlu, anası İddiaçıdır. İş materiallarında olan 27/U nömrəli Forma-Çıxarışın surətindən müəyyən olunur ki, X21 04 sentyabr 2014-cü il tarixdən 15 sentyabr 2014-cü il tarixədək dəqiqləşdirilməmiş bronxopnevmoniya diaqnozu ilə müalicə olunmuşdur. İş materiallarında olan 27/U nömrəli Forma-Çıxarışın surətindən müəyyən olunur ki, X21 16 sentyabr 2014-cü il tarixdən 30 sentyabr 2014-cü il tarixədək yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə müalicə olunmuşdur. İş materiallarında olan 27/U nömrəli Forma-Çıxarışın surətindən müəyyən olunur ki, X21 03 oktyabr 2014-cü ildə dəqiqləşdirilməmiş bronxopnevmaniya diaqnozu ilə müalicə olunmuşdur. İş materiallarında olan Bərdə Rayon Mərkəzi xəstəxanasının 6/821 nömrəli 03 oktyabr 2014-cü il tarixli göndəriş məktubundan müəyyən olunur ki, X21 dəqiqləşdirilməmiş bronxopnevmoniya diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Uşaq Kliniki Xəsgtəxanasına göndərilmişdir. İş materiallarında olan Epikrizin surətindən müəyyən olunur ki, Sahibzadə Səma Məhəmməd qızı 04 oktyabr 2014-cü il tarixdə Prof. Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına N/M etial bağ infeksiyası diaqnozu ilə daxil olmuş, Potey mənşəli enterokoliz, ameniya, ensefolopatiya kliniki diaqnozu qoyulmuş, 24 oktyabr 2014-cü il tarixdə evə buraxılmışdır. İş materiallarında olan 21 oktyabr 2014-cü il tarixli həkim nevropatoloq müayinə vərəqəsinin surətindən müəyyən olunur ki, X1 diaqnozu ilə müalicə almışdır. İş materiallarında olan MediPlanet Klinikasının EEQ Elektroensefoqrafiya vərəqəsinin surətindən müəyyən olunur ki, EQ-20 dəqiqə müddətində oyaqkən fotostimulyasiya və hiperventilyasiya testi zamanı keçirildi, Təməl RİTM-6-7 hz teta ritmdən təşkil olunmuşdur. (70-80% norma).ANORMALLİQ: bütün çəkim boyunca hər hansı tip epi fəaliyyətə, ocaqlı dəyişikliyə və yarımkürələrarası assimetriyaya rast gəlinmədi. FTS və HPV zamanı dəyişiksizdir. İş materiallarında olan N.Tusi adına X5 komputer tomoqrafiya, nativ müayinə vərəqinin surətindən müəyyən olunur ki, Səma Sahibzadədə intraparenximatoz ocağlı və həcmli patoloji dəyişikliklər aşkar edilmir. İş materiallarında olan Forma 027/U nömrəli Forma-Çıxarışın surətindən müəyyən olunur ki, X21 01 dekabr 2014-cü il tarixdən, 04 dekabr 2014-cü il tarixədək dəqiqləşdirilməmiş bronxopnevmoniya xəstəliyindən müalicə olunmuşdur. İş materiallarında olan N.Tusi adına Kranioserebral MRİ Standart seksensiyalarda, poliproeksion nativ müayinə vərəqəsinin surətindən müəyyən olunur ki, Səma Sahibzadədə intrakranial ocağlı və həcmli patoloji dəyişikliklər aşkar edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Uşaq Klinik Xəstəxanasının Epikrizinin surətindən müəyyən olunur ki, Sahibzadə Səma Məhəmməd qızı kəskin bronxit J20.9.Çiklik qusma sindromu. Sidik yollarının iltihabı 30.9, yanaşı gedən xəstəliklər, öd yollarının diskineziyası. K83. 8 Polidefisit anemiya D 64.9 diaqnozu ilə müalicə olunub. İş materiallarında olan Forma 027/U nömrəli Forma-Çıxarışın surətindən müəyyən olunur ki, X21 13 yanvar 2015-ci il tarixdən 24 yanvar 2015-ci il tarixə qədər dəqiqləşdirilməmiş xroniki qastrit, səthi bulviz H.Pylori xəstəlikdən müalicə olunmuşdur. İş materiallarında olan Forma 027/U nömrəli Forma-Çıxarışın surətindən müəyyən olunur ki, X21 04 mart 2015-ci tarixdən 14 mart 2015-ci il tarixədək dəqiqləşdirilməmiş bronxo pruvmasiya, tsiklik qusma diaqnozu ilə müalicə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 21 saylı Tibbi Sosial Ekspert Komissiyasının 13 iyun 2017-ci il tarixli müayinə olunan şəxs haqqında məlumat verərəsində X14 Ensefalopatiya, serebral Hipertenziya qıcolmalarla. Anemiya. Stit diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsində X7 başqasının qulluğuna və ehtiyacı var. İş materiallarında olan Bərdə Rayon Təhsil Şöbəsinin Azərbaycan Milli Qəhrəmanı S.Behbudov adına Bərdə şəhər 6 saylı tam orta məktəb tərəfindən verilmiş 504 saylı, 22 dekabr 2020-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, X35 qızı həqiqətən 2020/2021-ci tədris ilində Bərdə şəhər S.Behbudov adına 6 saylı tam orta məktəbin İV C sinfində evdə fərdi təhsil alır. Məktəbin psixoloqu Quliyeva Şəfaqət Şahmar qızının verdiyi psixoloji rəyə və evdə fərdi dərs deyən müəllimin rəyinə əsasən əvvəlki ilə nisbətən Sahibzadə Səmada yaxşılığa doğru irəliləyişləri vardır. İş materiallarında olan AZE 13196712 nömrəli vəsiqənin surətindən müəyyən olunur ki, Şirinov Nizami Həbib oğlu 01 iyun 1955-ci ildə Ağdam rayonunda doğulmuş, Bərdə şəhəri, F.B.Köçərli küçəsi ev 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bərdə RMX-nın uşaq Şöbəsinin müdiri Xəlilov Qəzənfər Hüseyn oğlunun izahatından müəyyən olunur ki, 03 fevral 2021-ci ildə həkim Şərifova Rəsmiyyə tərəfindən valdeyinlərinin təzyiqi və təkidi ilə Bakı şəhər Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına göndərilmiş uşaq X21 03 mart 2021-ci il tarixindən həkim Vəliyev Aydın tərəfindən Şöbəyə qəbul edilib. Uşaqda “Salmanelyoz hifamirum mikrobu tapıldığına görə yoluxucu şöbəyə göndərilib, orada Abdullayev Şahin həkim infeksionist tərəfindən müalicə edilib, kafi vəziyyətdə evə yazılıb. İş materiallarında olan Bərdə RMX-nın uşaq poliklinkasının həkimi Kərimova Tahirənin izahatından müəyyən olunur ki, xəstə Sahibzadə Səma Məhəmməd qızı 30 yanvar 2011-ci il doğumlu, Bərdə uşaq Poliklinkasının nevroloji Kabinetində dispanser qeydiyyatındadır. 17 fevral 2021-ci ildə Tədris Terapevtik Klinikada prof. Z.Əliyev tərəfindən konsultasiya olunub, Neyroinfeksiyadan sonra roqnitiv funksiyaların geriliyi 19 iyun 2020-ci il tarixdə uşaqda yenidən uşağa müalicə yazılmışdır. Uşaq dəfələrlə uşaq xəstəxanasına “KRVİ-kəskin qastrit” diaqnozu ilə müraciət etmiş, stasionar yerləşdirilmişdir. 18 iyul 2019-cu ildə valdeyinləri müavinatın kəsilməsi tələbi ilə uşaq poliklinikasına müüraciət etmişlər, axırıncı üç il ərzində uşağın stasionar və ambulator müalicələr olmadığı, sənədlərin düzgün olmadığı söylənmişdir. Uşağın narahat olduğunu, prof. Z.M. Əliyevin müayinə epikrizini əldə əsas tutaraq xəstəni 12 avqust 2020-ci il, 26 oktyabr 2020-ci il tarixlərdə TSVK-na göndərilib. Xəstənin atası Sahibov Məhəmməd onu xəstələrin gözü qarşısında, aqresiv şəkildə ağır sözlərlə təhqir etmişdir. Dəfələrə xəstə ilə lazımi qahydada rəftar etmişdir. Xəstənin valdeyni X34 Rayon Poliklinikasında psixatrik kabinetdə dispanser qeydiyyatındadır. Mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(021)1340/2021 nömrəli qərardadı ilə məhkəmə-tibbi (komissyon) ekspertizası təyin edilmiş, mülki iş materialları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi şəxsin ekspertizaya təqdim edilmədiyindən rəy verilməsinin mümkün olmadığından sənədləri geri qaytarmışdır. X7 valdeynləri ilə dəfələrlə aparılmış söhbətlər nəticə verməmiş, uşağı ekspertizaya təqdim etməkdən imtina etmişlər. Bərdə Rayon Məhkəməsinin məktubu ilə ekspertizanın mümkün olduğu halda sənədlər əsasında X7 ekspertizaya təqdim edilmədən keçirilməsi göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 703/KEŞ saylı məhkəmətibbi ekspert rəyi 30 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 703/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyindən müəyyən olunur ki, 30 yanvar 2011-ci il təvəllüdlü Sahibzadə Səma Məhəmməd qızının adın tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə tibbi müayinəsinə əsalanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticələrə gəlir : 1.2. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, azyaşlı Sahibzadə Səma Məhəmməd qızı 2014-cü il tarixdən etibarən və növbəti illərdə (2015-ci, 2016-cı, 2019-cu, 2020-ci və 2021-ci illərdə) Bərdə rayon Uşaq Xəstəxanasında “Dəqiqləşdirilməmiş bronxopevmaya, Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası”, Bərdə rayon Mərkəzi Xəstəxanasında “ Dəqiqləşdirilməmiş ensefalopatiya. Serebral hipertenziya, Nitqin, intelektin və davranış pozğunluğu”, Bərdə rayon Uşaq Poliklinikasında “Dəqiqləşdirilməmiş bronxopnevmoniya” və Professor Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında “Protey mənşəli enterit, anemiya, ensefalopatiya” diaqnozları ilə müayinə və müalicələrdə olmuşdur. Təyin edilmiş diaqnozlar xəstənin anamnestik məlumatlarına, obyektiv vəziyyətinə, xəstəliyinin kliniki gedişinə, laborator və instrumental müayinlərinin cavablarına istinad oluaraq düzgün təyin edilmişdir. 3.4. Tərtib edilmiş tibvbi sənədlərdə göstərilənlərə əsasən, azyaşlı Sahibzadə Səma Məhəmməd qızının düçar olduğu xroniki xəstəliklərinin kliniki gedişindən asılı olaraq müxtəlif vaxtlarda xəstəliklərin kəskinləşmə mərhələləri müşahidə olunmuş və bununıa əlaqədar adekvat müalicələr profil üzrə təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, hzırki halda iddiaçı Xıdırova İlhamə Qulu qızı iddia ərizəsində qeyd etdikləri faktları sübut edə bilməmiş, əksinə iş materiallarında olan sənədlər və ekspertiza rəyi ilə iddiaçının iddia tələbi tamamilə təkzib edilmişdir. Belə olduğu təqdirdə iddiaçının iddia tələbi təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT E T D İ: İddiaçı Xıdırova İlhamə Qulu qızının cavabdehlər Bərdə rayon Uşaq Xəstəxanasına, Bərdə Rayon Mərkəzi Xəstəxanasına, Bərdə rayon Uşaq Poliklinikasına və professor Ə.F.Qarayev adına 2 saylı X20rşı düzgün müalicə etməmə nəticəsində vurulmuş ziyana və bununla əlaqədar vurulmuş maddi zərərə görə təzminat tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1340/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1340/2021
07.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver