Məhkəmə qərarları › İş №2(021)-1341/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1341/2021

16.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1341/2021 16.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi Maraqlı şəxsnə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ” barədə ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Ərizəçi ərizə ilə məhkəmə müraciət edərək, mərhum atası X1 vəfat etməsi ilə əlaqədar verilmiş 21 avqust 1991-ci il tarixli İİİ JQ 482965 saylı ölüm haqqında şəhadətnamənin X2 məxsus olması faktının müəyyən olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən etmişdir ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra:-MPM-in) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırkı ərizə isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, xüsusi icraat qaydasında işlər üzrə təqdim olunan ərizədə tərəflər ərizəçi və maraqlı şəxs olmalıdır. Məhkəmə qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin orqan məsələnin həllindən imtina etdiyi halda orqanın hərəkətlərindən inzibati qaydada məhkəməyə şikayət edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi Maraqlı şəxsnə qarşı “sənədin şəxsə məxus olması faktının müəyyən edilməsi ” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə olunmuş sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 153.2.1.-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və MPM-in 153-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi Maraqlı şəxsnə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ” barədə ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar