Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1352/2021 05.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi Ərizəçi və nümayəndəsi və vəkili X5 iştirakları ilə, Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair JN 248 saylı torpağınmülkiyyətinin verilməsinə dair sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qızı ərizəsini onunla əsaslandırmışdır ki,mərhum anası X8 və ailə üzvlərinə torpaq islahatı zaman ı əkin üçün nəzərdə tutulmuş Bərdə rayonu Qarayusifli kəndində JN248 torpağın mülkiyyətə verilməsi dair sənədə əsasən 2.59 ha torpaq sahəsi verilmişdir. Həmin sənəddə mərhum anası X6 ad və soyadı səhv qeyd edilmişdir. Mərhum anası X15 25 may 1998-ci ildə vəfat etmişdir. Sənədlərdə qeyd edilmiş səhvlərin düzəldilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş lakin, cavabdeh sənəddə qeyd edilmiş səhvliklərin düzəldilməsinin məhkəmə qaydasında olmasını bildirmişdir, sənədlərdə qeyd edilmiş səhvliklərə görə anasından miras qalmış torpağı vərəsə kimi qəbul edə bilmir. Həmin sənəd ona miras əmlakı qəbul etmək üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi qızı ərizəni müdafiə etmiş və ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X16 ərizəni müdafiə edərək ərizəçi Ərizəçi qızı ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 izahatında göstərdi ki, mərhum X15 nənəsidir. Nənəsinin adı Məleykədir soyadı Hüseynovadır. Lakin torpaq sənədində X25 yazılmışdır. Nənəsi vəfat etdiyindən ərizəçi miras qalmış torpağı öz adına sənədlişdirə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 şahid X9 izahatına uyğun, eyni məzmunlu izahat verdilər. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN 248 nömrəli dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu, Qarayusifli kəndində X2, X17, X14, X3, X4 mülkiyyətinə 2.59 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan, NE 391696 saylı arayışın surətindən müəyyən olunur ki, X10 xx xxxxxx 1953-cü ildə doğulmuş anası X11r. İş materiallarında olan, Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhəri Ərazi dairəsi üzrə nümayəndəilyi tərəfindən verilmiş 1076 saylı 08 fevral 2021-ci il tarixli arayıından müəyyən olunurki Ərizəçi Bərdə şəhəri, Koroğlu küçəsi 3 nömrəli evdə yaşayır. İş materiallarında olan 1018-05/69 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 oğlu ilə Hüseynova Məleykə İsa qızı arasında nikah 21 oktyabr 1960-cı il tarixdə 11 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan 1127-05/69 nömrəli 27 may 2019-cu il il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 25 may 1998-ci ildə ölmüşdür. İş materiallarında olan 1126-05/69 nömrəli 27 may 2019-cu il il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 28 iyul 2012-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN 248 nömrəli dövlət aktının X8 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Səmədova Leyla İsa qızının, verilmiş dövlət aktının, Hüseynova Məleykə İsa qızına, məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X17 adına verilmiş, JN 248, Kod 61001028 nömrəli Dövlət Aktının Hüseynova Məleykə İsa qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1352/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1352/2021
05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver