Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1353/2023 14.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, İddiaçı X1 cavabdeh X5 qarşı «atalığın müəyyən olunması və aliment tələbinə» dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh X5 qarşı «atalığın müəyyən edilməsi və aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 08 oktyabr 2020-ci il tarixdə anadan olmuş X2 atası olması faktının müəyyən edilməsinə və cavabdehdən hər ay bir uşağın saxlanılması üçün 175 manat alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı X3 məhkəməyə ərizə verərək iddianın baxılmamış saxlanılması barədə qərardadı ləğv edib mülki işə baxılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 257, 263, 264-cü maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. İddiaçı X1 cavabdeh X5 qarşı «atalığın müəyyən olunması və aliment tələbinə» dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-776/2022 saylı 01 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1353/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1353/2023
14.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver