Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1356/2021 16.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, İddiaçılar Bərdə rayonu, Kərimbəyli kəndində yaşayan, Kərimbəyli bələdiyyəsinin sədri İddiaçı1, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayanlar İddiaçı2, İddiaçı3 oğlnun, İddiaçı4 oğlunun, İddiaçı5, İddiaçı6 torpaq sahəsinin icarəyə verilməsinə dair ərizəsinin etibrasız hesab edilməsi, ərizə ilə bağlı çıxarılmış bələdiyyə qərarının, qeyd olunan ərizə ilə bağlı çıxarılmış bələdiyyə qərarı əsasında keçirilmiş hərrac komissiyasının protokolunun etibarsız hesab edilməsi və keçirilmiş hərrac komissiyasının protokolu əsasında bələdiyyə ilə ərizəçi arasında bağlanmış müaqvilənin ləğv olunması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 oğlu, İddiaçı5, İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin icarəyə verilməsinə dair ərizəsinin etibrasız hesab edilməsi, ərizə ilə bağlı çıxarılmış bələdiyyə qərarının, qeyd olunan ərizə ilə bağlı çıxarılmış bələdiyyə qərarı əsasında keçirilmiş hərrac komissiyasının protokolunun etibarsız hesab edilməsi və keçirilmiş hərrac komissiyasının protokolu əsasında bələdiyyə ilə ərizəçi arasında bağlanmış müaqvilənin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.2-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 oğlu , İddiaçı5 , İddiaçı6 qeyd olunan maddələrin tələblərinə əməl etməyərək, ərizəsinə dövlət rüsumunun ödənilməsi və ya dövlət rüsumunu ödəməkdən azad edilməsi haqqında sənədi əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən iddiaçı X1 uşaqla ünsiyyətdə olma tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 oğlu , İddiaçı5 , İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin icarəyə verilməsinə dair ərizəsinin etibrasız hesab edilməsi, ərizə ilə bağlı çıxarılmış bələdiyyə qərarının, qeyd olunan ərizə ilə bağlı çıxarılmış bələdiyyə qərarı əsasında keçirilmiş hərrac komissiyasının protokolunun etibarsız hesab edilməsi və keçirilmiş hərrac komissiyasının protokolu əsasında bələdiyyə ilə ərizəçi arasında bağlanmış müaqvilənin ləğv olunmasına tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1356/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1356/2021
16.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver