Məhkəmə qərarları › İş №2(021)-1394/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1394/2021

26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1394/2021 26.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi doğum akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Musa qızı ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 oktyabr 2010-cu il tarixli 14 nömrəli qeydlə AZ-İİ 526080 nömrə ilə Hüseynli Arzu Rəfail qızının adına verilmiş doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X8 ilə 27 dekabr 2001ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur, birgə nikah dövründə üç övladları anadan olmuşdur, 25 sentyabr 2005-ci il təvəllüdlü Hüseynli Aysel Rəfail qızı, 25 sentyabr 2010-cu il təvəllüdlü X11, 22 mart 2014-cü il təvəllüdlü Hüseynli Murad Rəfail oğlu adlı uşaqları dünyaya gəlmişdir. Həyat yoldaşı Hüseynov Rəfail Sərxan oğlu 10 dekabr 2015ci il tarixdə kəskin ürək çatışmamazlığından vəfat etmişdr. Ortancıl övladları X7 hamilə olğudu dövrdə həyat yoldaşı X8 ilə aralarında olan anlaşılmazlıq səbəbidən ona acıq edərək valdeyinlərinnin yanında Bərdə şəhərində yşamışdır. Həmin dövrdə, yəni 25 sentyabr 2010-cu il tarixdə Bərdə şəhərində Doğum Evində qız övladı doğulmuşdur. Doğum evindən verilən arayışı Bərdə Rayonu Qeydiyyat Şöbəsinə təqdim etməklə o 25 sentyabr 2010-cu il tarixdə doğulan övladına 07 oktyabr 2010-cu il tarixdə 14 nömrəli qeydlə AZ-İİ 526080 nömrəli şəhadətnamə almışdır. Bir neçə gün keçdikdən sonra mərhum həyat yodaşı X8 qohumları vasitəsi ilə qız övladlarının doğulmasından xəbər tutub və onun xəbəri olmadan Ağcəbədi rayonu Qeydiyyat Şöbəsinə edərək, 07 sentyabr 2010-cu ill tarixdə 1100 nömrəi qeydlə AZ-İİ 516196 nömrəli doğum haqqında şəhadətnamə almış və övladlarının adını Hüseynli Aytac Rəfail qızı kimi qeyd etirmişdir və bu barədə ona heç bir çəlumat vermədən Aağcəbədi rayonu Qqeydiyyat Şöbəsindən 07 sentyabr 2010-cu il tarixdə 1100 nömrəli qeydlə AZ-İİ 516196 nömrə ilə alınan doğum haqqında şəhadətnaməni qaynına vermiş, o, isə öz növbəsində doğum haqqında şəhadətnaməni sənədlərin içinə qoymuş və yaddan çıxarmışdır. Hətta üçüncü övladları dünyaya gəlmişdir, xeyli keçdikdən sonra məlum olmuşdur ki, övladları X4 iki fərqli doğum haqqında şəhadətnaməsi vardır. Belə ki, biri onun tərəfindən Maraqlı şəxsndən 07 oktyabr 2010-cu il tarixdə 14 nömrəli qeydlə AZ-İİ 526080 nömrəli adlığı şəhadətnamə, biri isə mərhum həyat yoldaşı X8 tərəfindən 1100 nömrəi qeydlə AZ-İİ 516196 nömrə ilə aldığı doğum haqqında şəhadətnamə. Onlar da savadsızlıqlarından, bilməyərəkdən heç bir yerə müraciət etməmişlər, bu günə kimi hər iki şəhadətnamə evdə olmudur. Ağcabədi rayonu Qeydiyyat Şöbəsindən 07 sentyabr 2010-cu il tarixli 1100 nömrəli qeydlə AZ-İİ 516196 nömrə ilə aldıqları doğum haqqında şəhadətnamə əsasında X5 Bərdə “ASAN Xdmət” Regional Mərkəzində 08 aprel 2016-cı il tarixdə AZE 11739539 nömrəli şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd də almışdır. 2020-ci ilin noyabr ayında Bərdə “ASAN Xodmət” Regional Mərkəzində ailə vəziyyəti haqqında sənəd aldıqda ona bildirmişlər ki, onun dörd övladı var, lakin halbu ki, onun üç övladı var. Bütün bunlardan sonra anlamışdır ki, ikili doğum haqqında şəhadətnamənin olması ona bir sıra çətinliklər yaradır, belə ki, X14 və X11 bir uşaqdır, fərqli fərqli doğum haqqında şəhadətnamələr var. Onun üç övladı var. Dördüncü başqa bir övladı yoxdur, 25 sentyabr 2010-cu ildə qızı Hüseynli Aytac Rəfail qızı dünyaya gəlmişdir və hal-hazırda 5-ci sinif şagirdidir. Maraqlı şəxsnə müraciət edərək Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 oktyabr 2010-cu il tarixdə 14 nömrəli qeydlə AZ-İİ 526080 nömrə ilə verilmiş doğum haqqında şəhadətnamənin ləğv edilməsini xahiş etsə də, Bərdə Rayon Məhkəməsinə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X9 ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan AZE ******** nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1975-cci ildə Bərdə şəhərində doğulmuşdur. İş materiallarında olan 4 nömrəli MTİİTS-nin rəisi tərəfindən verilmiş 869 nömrəli, 15 mart 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Quliyeva X15 şəhəri Quşçuluq massivi H.BZərdabi küçəsi 2 ünvanında yaşayır. İş materiallarında olan AZ-İ 012080 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə Ərizəçi arasında nikah 27 dekabr 2001-ci il tarixdə 458 nömrəli akt qeydilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş AZ-İİ 526080 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 25 sentyabr 2010-cu il tarixdə doğulmuşdur, atası X8, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron Rayonu Mərkəzi Xəstəxanası, Publik Hüquqi şəxsi, Abşron Rayon Uşaq Poliklinikası tərəfindən verilmiş 01 saylı, 04 mart 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, 25 sentyaabr 2010-cu il təvəllüdlü X1 rayon Uşaq Poliklinikasının tibbi qeydiyyatındadır. İş materillarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Rayon Xırdalan Şəhər 9 nömrəli tam orta məktəbi tərəfindən verilmiş 36 nömrəli 03 mart 2021-ci il tarixli arayışından müəyyən olunur ki, X1 rayonu Xırdalan şəhər 9 nömrəli orta məktəbin 5-ci sinifində oxuyur. İş materiallarında olan AZ-İİ 764471 nömrəli ölüm haqqında şəhadətnmənin surətindən müəyyən olunur ki, X8 10 dekabr 2015-ci il tarixdə kəskin ürək çatışmamazlığından ölmüşdür. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli 159-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Quliyeva Qəmər Şahmalı qızının 07 sentyabr 2010-cu il tarixdə Maraqlı şəxs tərəfindən tərtib edilmiş 1100 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi üçün məhkəməyə müracit etməsi məsləhət körülmüşdür. Göstərilənlərə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Maraqlı şəxs tərəfindən verilmiş 07 oktyabr 2010-cu il tarixli, X6 adına verilmiş AZ-İİ 526080 nömrəli doğum haqqında şəhadətnamə etibarsız hesab dilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 oktyabr 2010-cu il tarixli 14 nömrəli qeydlə AZ-İİ 526080 nömrə ilə X6 adına verilmiş doğum haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar