Məhkəmə qərarları › İş №2(021)-1396/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1396/2025

07.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1396/2025 07.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və yaşamaq hüququ” tələbinə dair ərizəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və yaşamaq hüququ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə baxılması üçün məhkəmə iclasları 06 mart 2025-ci il, 03 aprel 2025-ci il, 07 may 2025-ci il tarixlərə təyin edilmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və iclasda iştirak edə bilməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan təqdirdə məhkəmə iddiaçının iddia tələbinə olan marağının itdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və yaşamaq hüququ” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar